Şərabın haram olmasına aid sorğu

Mehdi Abbasi şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə, onun Mədinədə İmam Kazim (əleyhissəlam) ilə söhbətidir. Mehdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrini ziyarət etdikdən sonra İmam Kazim əleyhissəlamla görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Quranda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: “Şərab Quranda haram edilibmi?”
Daha sonra əlavə edib dedi: “Camaatın əksəriyyəti şərabın Quranda qadağan olunmasını bilir ancaq bu qadağanın mənasının haram olduğunu bilmir.”
İmam Kazim (əleyhissəlam) buyurdu: “Bəli şərabın haram olması Quranda açıq-aşkar buyurulmuşdur.”
— Quranın harasında?
— Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu “De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri zina etmək lüt gəzmək və s. hər cür günahı haqsız zülmü... haram buyurmuşdur.” 16ayəsində.
İmam Kazim (əleyhissəlam) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: “Allahın bu ayədə haram buyurduğu “hər cür günah”ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur: Ya Məhəmməd! Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır.
(Həyatül-imam Musa ibn Cəfər (əleyhissəlam), c.1, səh.436.
Tarixi-Yəqubi, c.3, səh.137.
Həyatül-imam Musa ibn Cəfər (əleyhissəlam) c.1, səh.442.
Əl-Kamilu fit-tarix, c.6, səh.84.
“Əraf” surəsi, ayə 33.)
Lakin günahları mənfəətindən daha böyükdür.” 17“Əraf” surəsində açıq-aşkar haram buyurulmuş “hər cür günah” ifadəsi “Bəqərə” surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki şərab Quranda açıq-aşkar haram buyurulmuş və qadağan olunmuşdur.” Mehdi, İmam Kazim əleyhissəlamın bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: “And olsun Allaha ki bu Haşimi fətvasıdır.” (Yəni bu Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar verə bilərlər. (Bəni-Haşim və Bəni Abbas arasında qohumlu olduğu üçün İmam Kazımın (ə) elmi, onun üçün də fəxrdir.)
Əli ibn Yəqtin də, öz növbəsində dedi: “Sizə- Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə belə elm vermiş Allaha şükr olsun!”
Mehdi, Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: "Ey rafizi düz deyirsən!"
(Sünnilər, şiələri "rafizi" adlandırdıqlarına görə Mehdi Abbasi, Əli ibn Yəqtinə belə dedi.)


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.