Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şə`ban Məqalə və dua Şəban ayı haqqında və "Şə`baniyyə" münacatı

Şəban ayı haqqında və "Şə`baniyyə" münacatı

Bu ay çox fəzilətli aydır. Bu ayın fəziləti barədə  Peyğəmbərin bu sözləri kifayət edir, buyurur: "Şəban ayı mənim ayımdır və Allah rəhmət etsin o kəsə ki, bu ayda mənə kömək edə". Həzrət bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı.
Həzrət buyuyurur: "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar". İmam Sadiqdən (ə.s) belə nəql edilmişdir ki, İmam Səccad (ə.s) şaban ayı girdiyi zaman səhabələrini toplayar və onlara belə buyurardı: "Səhabələrim! (Dostlarım) bu ayın nə olduğunu bilirsinizmi? Bu şaban ayıdır. Cəddim Rəsulullah (s) belə buyurub: "Şaban mənim ayımdır, bu ayı Peyğəmbərinizin sevgisi və rəbbinizə yaxınlaşmaq üçün oruc tutun, canımı əlində olan Allaha and olsun ki atam İmam Hüseyndən (ə.s) eşitdim ki, Həzrət Əlidən (ə.s) belə buyurduğunu deyirdi. "Kim şaban ayını Rəsulullaha (s. a. a) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər."
Bu qiymətli ayda edilməsi üçün rəvayət edilən əməllərdə iki qisimdir. Bir qisimi bu ayın bütün günlərində edilən əməllərdir. Bir qisimi isə bu ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir.


Şaban Ayının hər günündə edilən Əməllər
1- Hər gün yetmiş dəfə bu zikri söyləmək:
"Əstəğfirullahə və əs'əluh'ut-təvbə." Yəni, Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm".
2- Yenə yetmiş dəfə bu şəkildə Allahdan bağışlama diləmək:
"Əstəğfirullahəlləzi la ilahə illa huvər-rahmanur-rahim, əl-həyyul-qəyyum və ətubu iləyh."
Mənası: Allahdan bağışlanma diləyirəm. Ondan başqa ilah yoxdur. O rəaman və bağışlayandır. Diri və qəyyumdur və mən ondan tövbə diləyirəm.
Bəli bu ayda hər gün yetmiş dəfə istiğfar edən kimsə digər aylarda yetmişmin dəfə istiğfar etmiş kimidir.
3- Bu ayda yarım xurmaylada olsa (gücü çatmayanlar üçün) sədəqə vermək çox təkid olunub.
Bu əməli edən şəxsin cəsədini Allah cəhənnəm atəşinə haram edər. İmam Sadiqdən (ə.s) nəql edilən bir hədisdə İmama (ə.s) Rəcəb ayının orucu haqqında soruşulduğunda, Niyə Şabanın orucundan qafilsiniz deyə? buyurdu. Ravi ərz elədi "Ey Rəsulullahın (s) oğlu Şabandan bir gün oruc tutanın savabı nəqədərdir? İmam (ə.s) buyurudu: And olsun Allaha Cənnətdir. Ravi yenə soruşdu şaban ayında edilən ən fəzilətli əməl nədir?. İmam (ə.s) belə buyurdu: Sədəqə və bağışlanma diləməkdir. Kim şaban ayında bir sədəqə versə Allahı Təala onu böyüdər o cür ki, siz dəvə balasını böyüdürsünüz və qiyamət günündə Uhud dağı qədər böyümüş bir halda sahibinə verilər(sədəqəni).
4- Şabanın hər cümə axşamı günü iki rükət namaz qılmaq
Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı bitirdikdən sonrada yüz dəfə Rəsulullaha (s) və əhli Beytinə (ə.s) salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah, dini və dünyəvi hacətlərini yerinə yetirər. Şaban ayının Cümə axşamı günlərinin orucuda müstəhəbdir. Bir hədisdə belə rəvayət edilmişdir. Şaban ayının hər cümə axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər; "Ey Məbudumuz, bu günü oruc tutanı bağışla və duasını qəbul et." Yenə Nəbəvi bir hədisdə belə buyurulur; Şabanın Bazar ertəsi və Cümə axşamı günlərini oruc tutan şəxsi, Allah, iyirmi dünyəvi və iyirmi Uxrəvi(axirət) hacətini verər."
5- Bu ayda Muhəmməd (s) və Əhlibeytinə (ə.s) çoxlu salavat göndərmək.
6-Bu ayın mühüm əməllərindən biridə hər gün Zəval vaxtı (günorta) oxunan duadır ki, bu cür başlayır. "Allahummə Salli Əla Muhəmmədin və Ali Muhəmməd Şəcərətin-nubuvvət"....
7- İbni Xaləveyhin rəvayətinə görə, Həzrət Əli (ə.s) və digər Əhli Beyt İmamlarının (ə.s) şaban ayında oxuduqları və "Münacatı Şəbaniyyə" deyə məşhur olan münacatı oxumaq.

Şəban ayının əlamətdar günləri
1-Bu ayda çox mühüm hadisələr və əlamətdar günlər var.
Şəban ayının 3- İmam Hüseyn (ə.s)-ın mübarək doğum günü bu günə təsadüf edir. Bu gündə oruc tutmaq dualar, ziyarətlər  və namazlar ki, bu gün üçün zikr olunub yerinə yetirməyin çox savabı var. Bu günün əlamətdar hadisələrinədən biri də "Fotros" adlı mələyin İmam Hüseyn (ə.s) vasitəsilə nicat tapmasıdır. Biz də edə bilərik bu gündə iki qanadımızı ruh və əqlimizi İmam Hüseyn  (ə.s)- sürtək və  ruhumuz göylərdə  İmam Hüseyn (ə.s)- ın nuru vasitəsilə pərvaz edə.
2-Şəbanın on beşi yəni, "Nimeyi Şəban"
Bu günün gecə və gündüzü çox şərafətli və əzəmətlidir. Həzrət İmam Cəfər Sadiq (ə.s)-dan rəvayətdir ki, İmam Baqir (ə.s)-dan Nimeyi Şəbanın fəzilətləri barədə soruşdular, İmam (ə.s) buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecedə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allah yaxılaşmaq üçün səy və təlaş edin. Bəs bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir sayili öz dərgaından əli boş qaytarmayacaq.
O, cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmam Zaman (ə.s) bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib.
Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur.
1.Qüsl
2.Əhya saxlamaq.  Namaz qılmaq, dua oxumaq. Rəvayətdə var ki, hər kəs bu gecəni əhya saxlaya qəlbi, qəlblər ölən gün ölməz.
3. İma Hüseyn (ə.s)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların bağışlanmasına səbəb olar. Hər kəc istəsə yüz iyirimi dört min Peyğəmbərin ruhun ziyarət edə, bu gecədə evin damına çıxa sağa və sola nəzər edə və oxuya bu ziyarəti: "Əssəlamu ələykə Ya Əba Əbdillah, Əssəlamu ələykə və rəhmətullahi və bərəkətuh".
Hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (ə.s)-ı bu geceədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.
3- Şəbanın axırıncı üç günü
Şəban ayının axırıncı üç günü üçün çox fəzilətlər zikr olunmuşdur. Yaxşı olar bu axırıncı üç günü möminlər oruc tutalar. Şeyx Səduq (r) İmam Sadiq (ə.s)-dan nəql edir ki, "Hər kəs Şəban ayının axırıncı üç günün oruc tuta və Mübarək Ramazan ayına birləşdirə, Allah-təala ona iki ay ardıcıl tutulmuş orucun savabın yazar."
Sonda Allah-təaladan bu aydan bizləri günahları bağışlanmış şəkildə çıxmağı lütf etməyin istəyirik. Bizləri bu ayda bağışlayaraq mübarək Ramazan ayında "Qədr" gecələrin dərk etmək tofiqatın versin. Amin
Qeyd: Bu yazıda "Məfatihul-Cinan" və Mərhum Ayətullah Məliki Təbrizi Ağanın "Əl-Muraqibət" kitabından istifadə olunmuşdur.Bu ayın əməlləri və duaları barədə "Məfatihul-Cinan" kitabına müraciət olunsun.


Yazının mətni, http://faktxeber.com saytından götürülüb

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə