Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şə`ban Məqalə və dua "Peyğəmbəri (s) görmək şövqündə olsaydıq, bu gəncə baxardıq"

"Peyğəmbəri (s) görmək şövqündə olsaydıq, bu gəncə baxardıq"

Əli Əkbər (ə), Əziz Peyğəmbərimizin (s) bənzəri idi
İmam Hüseyn ələyhis-salam buyurub:
"İlahi, şahid ol ki, elə bir gənc meydana getdi ki, camaat arasında Sənin Peyğəmbərinə (s) daha çox bənzəyirdi. Hər vaxt Peyğəmbəri (s) görmək şövqündə olsaydıq, bu gəncə baxardıq."
Bu xoşsima gənc, gözəllik, rəftar, kamal, gözəl xislət və xilqətdə Peyğəmbərə (s) ən çox bənzəyən şəxsdir.
Bir anlığa əziz Peyğəmbərimizin (s) xisləti və əxlaqını xatırlamaq üçün Quranda müraciət edək. Peyğəmbərin (s) əxlaqı haqqında Quranda: buyurulub:
اِنّکَ لَعَلى خُلُقٍ عَظیمٍ
"Həqiqətən də sən böyük əxlaqa sahibsən."
Beləliklə də peyğəmbərin əxlaqı haqqında Quranda buyurulana diqqət etsək və düşünsək, həzrət Əli Əkbərin (s) də necə bir məqama sahib olduğunu anlaya bilərik.
Həzrət Əli Əkbər (ə), bütün sifət və əxlaqda Peyğəmbər (s) kimi idi.
İsmət,  ədalət kimi müxtəlif dərəcələrə malikdir. O məqama on dörd məsumdan başqa heç yetişə bilməz.  Lakin Tanrı, ismət məqamını Əli Əkbərə (ə) lütf edib.
İmam Hüseyn (ə) "Rəcəbiyyə" ziyarətnaməsində buyurub:
السلام علیکَ ایها الصدیقُ الطیّبُ الزَّکىُّ الحبیبُ المقَّربُ وابن ریحانهِ رسول اللَّه و جَعلکَ مِن اهل البیت الذیت اذهَبَ اللَّه عنهم الرجس وَ طهَّرَهُم تطهیراً

"Əs-səlamu ələkyə əyyuhəs-sədiqul-təyyibul-zəkiyyul-həbibul-muqərrəbu vəbnə rəyahinihi Rəsulullah vəcələkə min əhli-beyti əlləzinə əzhəbƏllahə ənhumur-ricsə və təhhərəhum təthira."
Salam olsun sənə ey sədiq, təyyib, zəki, həbib, müqərrəb,  Allah Rəsulunun reyhanlarının ovladı - onlar,  əhli-beyt qərar verilib. Hansı ki, Allah onlardan hər növ (rics) eybi təmizləyib.
Quranda buyurulan " pislikdən uzaq olmaq",  ismət deməkdir.
"Teyyibə" və "Zəki" kəlmələrini də "ismət" sözünü təsdiqləyən mənada anlamaq olar.
Belə bir xitab məzh Əli Əkbərə (ə) aiddir....

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə