Misilsiz bəxşiş

İmam Həsən (əleyhissəlam) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-nemətinə olan etinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba (əleyhissəlam) ömründə iki dəfə bütün mal-dövlətini üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub