Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Həsən (ə) Həyatı Imam Həsən ələyhis-salamın buyurduqlarından

Imam Həsən ələyhis-salamın buyurduqlarından

İmam Həsən (ə) buyurur:

“Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”

“Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”

“Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

“Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

“İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”

“Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”

“Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”

“Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”

“Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”

“Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.”

“Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.”


Yazının tərtibində tərcümə olumuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə