Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Əlinin (ə) ömrünün son anları

Əlinin (ə) ömrünün son anları

  Məşhur tarixçılərdən ibn Qutəybənin etirafına görə Murtəza Əli ələyhis-salam ömrünün son anlarında - İbn Mülcəm o həzrətə qəfil hücum edib qılıncla mübarək başını yaraladıqda buyurdu:

"Kəbənin Rəbbinə and olsun qurtuldum!" (Əl-İmamə vəl-siyasə; s. 160, Babi-Hələbi-Misir çapı.Əsəd əl-ğabə; İbn Əsir, 4\37,  Misir çapı. Əl-İthaf; Seyid Murtəza Zibdi, 10\319, Qahirə çapı. Tarixi- İbn Əsakir, "İmam Əli (ə)" bölməsi)
"Bu, Allahın və onun Peyğəmbərinin və`didir. Allah və Rəsulunun və`di doğrudur." (Biharül-ənvar; c. 42, s. 282)
Sonra, bu şərif ayənin tilavət etdi:
" Sizi torpaqdan yaratmışıq və torpağa qaytaracağıq, yenə də yerdən qaldıracağıq" – (Taha surəsi, 55-ci ayə) bu zaman Cəbrail, yer və göy arasında belə nida edib dedi:
-And olsun Allaha! Hidayətin sütunları sındı, təqvanın nişanələri məhv oldu. Xaliq və məxluq arasında olan möhkəm ip üzüldü, Mustəfa səlləllahu ələyhi, ahihin əmisi oğlu Murtəza Əli şəhadətə çatdı və ən bədbəxt quldur onu şəhid etdi. (Biharül-ənvar; c. 42, s. 282)   
"Oğlum, bundan sonra üzülmə! Baban Məhəmməd Mustəfa, Nənən Xədiceyi Kubra, anan Fatimeyi Zəhra və Huril-eyn məni qarşılamağa gəlib  və mənim qədəmlərim gözləyirlər. Elə isə xatirin cəm və gözün aydın olsun, göz yaşı tökmək bəsdir." (Biharül-ənvar; c. 42, s. 282)
Budur həzrət Əli ibn Əbi Talibin vəsiyyəti. Vəsiyyət etdi və şəhadət verdi ki, bir Allahdan başqa tanrı yoxdur, şəriksizdir, Məhəmməd Onun elçisi və quludur. Onu hidayət və haqq ayin üçün göndərdi ki, dinini bütün dinlərdən üstün etsin, müşriklər xoşlanmasan da. Allahın salamı ona və Əhli-beytinə olsun!
Həqiqətən namazım, ibadətim, həyatım, ölümüm aləmlərin Rəbbi üçündür. Onun heç bir şəriki yoxdur. Bunun üçün məmur olmuşam, mən, müsəlmanlardanam!

Həzrət Əlinin şəhadəti ilə bağlı digər məqalə˃˃

Həzrət Əlinin münacatı (səs)˃˃

http://www.sibtayn.com/az

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə