Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Fitnələr, münafiqləri aradan götürəcək!

Fitnələr, münafiqləri aradan götürəcək!

"Axirəz-zaman fitnlərindən bezikməyin ki, onlar münafiqləri aradan qaldıracaq."

(Kənzül-ümmal, c. 11, s. 189)

Əziz Peyğəmbərimizin (s) həzrət Əliyə (ə) etdiyi vəsiyyətlərində deyilir:

"Ey Əli! İman cəhətindən və ən böyük yəqinə sahib olmaq cəhətindən ən təəccüb doğuran camaat zamanın sonundakı camaatdır. Onlar bir peyğəmbər görmədən və imam gözlərindən önündən qayib olduğu halda kitablarda yazılan ağ-qaralara iman gətirirlər."

İmam Sadiq (ə) buyurub: " Osman öldürüləndə Əmir-əl-möminin (ə) təyin oldu və minbərə qalxıb bir xütbə oxudu və buyurdu:

"Həqiqətən sizin problemləriniz Tanrı Peyğəmbəri peyğəmbərliyə qaldırğı zamanda olan hala qayıdıb. Onu haqq olaraq təyin edənə and olsun, mütləq problemlərə və vəsvəsəyə düşəcəksiniz, növlərə ayrılacaq, alt-üst olacaqsınız. Arxada olanlar önə, öndə olanlar arxaya keçəcək. And olsun Tanrıya! Heç bir əlaməti gizlətmədim və heç bir yalan demədim. Mən, belə bir məqamdan və gündən xəbərim var idi."

Zamanın sonunda, səbrin bərəkətlərindən biri də budur ki, mömin öz savabında bütün özündən öncəkiləri şərik edir:

Əmir-əl-möminin (ə) nəhrəvan döyüşündə xəvarici qətlə yetirdikdən sonra bir kişi həzrətin hüzuruna gəldi. Həzrət ona buyurdu: " And olsun o Tanrıya ki, toxum (dənəsini qabığından) çıxarıb və Adəmi xəlq edib. Buraya elə bir camaat bizimlə gəlib ki, hələ Tanrı onların atalarını və yaxşılarını xəql etməyib." O kişi ərz etdi:

-Xəlq olunmayan camaat bizimlə necə buraya gələ bilər? Buyurdu: "Bəli, onlar zamanın sonunda gələcək camaatdır. Bizim daşıdığım hədəfə onlar da şərikdir, bizə təslimdirlər. Bizim atdığımız addımlarda, onlar bizim həqiqi şəriklərimizdir."

Aydın məsələdir ki, çoxunun keçə bilmədiyi çətin bir sınaqdan keçən as sayda şəxs, həqiqi qələbə əl tapacaq və onlar yüksək məqama yiyələncəklər.

Zamanın sonunda qurtuluş yolu Qurana və Əhli-beytə (ə) söykənməkdir ...

Davamı var

http://www.sibtayn.com/az

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə