Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şeir Mən qulami xanədanam, padişahımdı Əli (İ. Nəsimi)

Mən qulami xanədanam, padişahımdı Əli (İ. Nəsimi)

 

 

 

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,

Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,

Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,

Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Canu dildən bəndəye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,

Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,

Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,

Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 İmadəddin Nəsimi

http://muselman.ws

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə