İmadəddin Nəsimi - Qəsidə


 

 

 

Gözünü aç, gör ey Talib, Əlidir dükana sərvər,
Muhəmməd mədəni-kandır, Əlidir qiyməti gövhər.

Muhəmməd elmə kan oldu, Əli nitqi bəyan oldu,
Ona sirlər bəyan oldu, Əlidir xaçeyi-qənbər.

Əlidir cümlənin canı, Muhəmməddir onun kanı,
Həqiqətdir Əli, şanı Əlidir yarı Peyğəmbər.

Həzəran cümlə cunbuşlər, Əli əmr eyləsə işlər,
Varır yaylar, gələr qışlar, Əlidir cismi can pərgər.

Əli əvvəl, Əli axir, Əli batin, Əli zahir,
Əlidir nur ilə ənvər, Əlidir şəmgü məstənvər.

Nə bilsin cahili nadan Muhəmməd Ya Əli kimdir?
Muhəmməd sahibi dindir, Əlidir cümlədən behtər.

Əlidir ol Vəliyullah, Əlidir Məzhəri ALLAH,
Əlidir nur ilə Vallah, münəvvər dər bu həft əxtər.

Əli eyni-inayətdir, Əli nuri-hidayətdir,
Əli nuri-bəşarəhdir, Əlidir şahi hər səftər.

Əli vahid, Əli övlad, Əli fərzü, Əli sünnət,
Əlidir cümleyi-rəhmət, Əlidir şafeyi-məhşər.

Əli sübhan, Əli sultan, Əli cənnət, Əli rizvan,
Əli dindir, Əli iman, Əlidir miri hər ləşgər.

Əlidir vəsf olan Heydər, Əlidir qəl?eyi Xeybər,
Əlidir qatili əntər, Əlidir miri hər keşvər.

Nəsiminin dili, canı münəvvərdir, Əli mirri,
Əli vali, Əli vala, Əli sərvər, Əli səftər.

www.muselman.ws