Məhərrəm gəldi

Şəhidlər Ağasının həyatı ››

Bu günləri Kufənin ab-havası həmişəkindən daha görməli olub. Kufə bazarında gəzdikdə qərarsızlıq və narahatlığı hiss edirsən. Dəmirçilərin can alan səsləri bir an da olsun kəsilmir. Hamı özü üçün qılınc, nizə və ox sifariş verir.

Allahım, bu qədər silah! bu qədər təchizat! Bunlar hamısı kiminlə müharibə üçündür? Neçə nəfəri parçalamaq üçün?

Elə bil, kufəlilər xəncərlərinin Peyğəmbərin (ə) əhli-beytinin başına nə bəlalar gətirəcəyindən xəbərsizdilər. Bəlkə də imam Hüseynin (ə) öz ailəsi ilə birlikdə Kufə yolunda olmasını bilmirlər?

Yəqin ki, kufəlilər Əmir əl-mömininin (ə) qızının bu səfərə gəlməsindən xəbərləri yoxdur. Yaxud Hüseynin (ə) südəmər körpəsinin xəbəri onların qulaqlarına çatmayıb ki, Hüseyni (ə) belə qarşılamağa gedirlər.

Sanki, kufəlilər mövlamız Əmir əl-mömininin (ə) nəslini yer üzündən silmək üçün əl-ələ veriblər.

Ey camaat, Məhərrəm havası gəlir, qan, əza, Məhərrəm növhələri və aşiqlik gecələrinin havası...

Artıq Məhərrəm gəlməkdədir ki, görsün biz nə qədər hüseynçi olmuşuq.

arannews.ir