Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Nə üçün Quran ərəb dilində nazil olub?

Nə üçün Quran ərəb dilində nazil olub?

Quran, dünyəvi bir kitabdır , onun şüarı هُدًی لِلْعَالَمِین" Aləmlər üçün hidayət" dir. İndi isə onun nə üçün ərəb dilində nazil olduğuna diqqət edək.


İlk mərhələdə Allahın Rəsulu öz qohumlarını Qurana, İslama dəvət edir. Ənzir əşirətəkəl əqrəbin ayəsindən məlum oluduğu kimi.
Sonraki mərhələdə bütün ərəbləri dəvət edir. Ayə: «وَ کَذَلِکَ اَوْحَیْنَا عَلَیْکَ قُرآناً عَرَبِیّاً لِتُنْذِرَ اُمّ الْقُرَی وَ مَنْ حَوْلهَا» Biz beləcə Quranı sənin üçün ərəbcə nazil etdik ki, Məkkə əhlini, onun ətrafındakıları xəbərdar edəsən.
Üçüncü mərhələ isə dünyəvi dəvətdir; Allahın Rəsulu Allaha tərəfindən bütün dünya xalqlarını islama dəvət etməyə əmr olunmuşdu.
İlk növbədə öz ailəsi və millətini dəvətə etməli olan Peyğəmbər, təbii ki, öz ailəsinin, millətinin dil ilə təbliğə başlamalı idi. Ona görə də Quranın ərəb dilində nazil olması zəruri idi.
Allah buyurur:وَ مَا اَرْسَلْنَا مِنْ رَسُولٍ اِلَّا بِلِسَانِ قَوْمِهِ Biz elə bir peyğəmbər göndərmədik ki, öz qövmünün dilində danışmasın.
Peyğəmbər, Ərəbistanda dünyaya gələn bir ərəb kimi Peyğəmbərliyə seçildi. Onun dəvəti dünyəvi olsa da, ilk növbədə onun xitab etdiyi şəxslər öz ətrafında olanlar; yəni ərəb milləti idi. Bu üzdən Quranın ərəb dilində nazil olması təbiidir.


 http://www.sibtayn.com/az/

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə