Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Allah Elçisinin Aişəyə münasibəti

Allah Elçisinin Aişəyə münasibəti

Bu yazıya diqqət edin və Allahın Elçisinin (səlləllahu ələyhi və alih) Aişəyə olan münasibətini bilin:


«عن عايشه قالت: رجع رسول اللّه صلى‏الله‏ عليه‏ و‏سلم من البقيع فوجدنى و أنا أجد صداعا في رأسى وأنا أقول: وارأساه. فقال: بل أنا يا عايشه وارأساه. ثمّ قال: ما ضرك لو متّ قبلى فقمت عليك فغسلتك وكفنتك وصليت عليك ودفنتك»

 


O, baş ağrısından şikayət edir və Allahın Elçisi (səlləllahu ələyhi və alih) isə ölüm, qüsül, kəfən, meyyit namazı və dəfn haqqında məsələni izah edirdi.
Aişənin başı ağrıdığı zaman dedi: "Vay başım".  
Allahın Elçisi (səlləllahu ələyhi və alih) buyurdu: "Kaş ki, bu (Aişənin ölümü) mənim həyatda olduğu zaman baş verəydi və mən sənin üçün bağışlanmaq istəyəydim, sənin üçün dua edəydim."


«... قالت عايشه: وارأساه! فقال رسول اللّه صلى‏الله‏عليه‏و‏سلم ذاك لو كان وأنا حىّ فاستغفر لك وأدعو لك فقالت عايشه: واثكلياه! واللّه انى لاظنك تحب موتى ولو كان ذلك لظللت آخر يومك معرّسا ببعض ازواجك»


Ayişə dedi: "And olsun Allaha ki, sən istirsən ki, mən ölüm; belə olsa, bə`zi qadınlarının yanına gedəcəksən."
Bu və başqa rəvayətlərdən məlum olur ki, Allahın Elçisi (səlləllahu ələyhi və alih) Aişənin tez ölməsini istəyirdi. Əks təqdirdə Allahın Elçisi (səlləllahu ələyhi və alih) onun başının ağrısının yaxşı olması üçün dua etməzdimi?
Bu söhbətdən başqa bir məsələ də aydın olur; bir şəxs üçün bundan daha nə xoşbəxtlik ola bilərdi ki, bir onu Allahın Elçisi (səlləllahu ələyhi və alih) kəfənləsin, dəfn etsin və ona namaz qılıb dua etsin?!
Bu, narahalığa səbəb ola bilərmi? O isə başqa məsələni səbəb sayır və narahat olur; "sən, məndən sonra başqa qadınla olacaqsan." Bundan daha pis sifət ola bilərmi? İnsanda nə qədər həsəd ola bilər? Onu, daha üstün bir səadəti əldən verdiyi narahat edə bilməzdimi?


نى سمعت رسول اللّه صلى‏الله‏عليه‏و‏آله يقول: كأنى بكلاب ماء يدعى الحوأب قد نبحت بعض نسائى. ثمّ قال لى: اياك يا حميراء أن تكونيها»


Allahın Elçisinin (səlləllahu ələyhi və alih) bu arzusu, sonralar onun dəvəyə minib Allahın sevimlisi və zamanın imamı ilə müharibəyə gedəcəyinə işarə deyildimi?


«كيف باحداكن تنبح عليها كلاب الحوأب؟»


"Huəb" itləri sizə hürən zaman halınız necə olacaq."
Aişə, Təlhə və Zübeyrlə deyilən məkana çatdı. Oranın itləri hürdü. Aişə soruşdu: Bura haradır? Dedilər: "Huəb" Dedi: Qayitmaqdan başqa çarəmiz yoxdur.." Amma o nə etdi?!
Bəli, Allahın Elçisi səlləllahu ələyhi və alih aldanmışların qanı, Aişənin dəvəsinin ayaqlarına dəyməzdən öncə onun ölməsini istirdi. Onu bu yoldan çəkindirdi, amma o, qulaq asmadı.

www.sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə