Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Danışıq ədəbi

Bir gün Mərvan ibn Həkəm, həzrət Həsən ələyhis-salama rəva olmayan sözlər dedi: O, sözlərini deyib qurtardıqdan sonra İmam Həsən ələyhis-salam ona buyurdu:
"Mən, sənə bir şey deməyəcəyəm. Sənin bu əməlini Allah-Taalaya tapşırıram. Əgər dediklərində doğru və sədaqətlisənsə, Allah sənə mükafat versin. Dediklərin yalandırsa, Allah yalan sözlərinə görə səni cəzalandırsın. Hər halda Allah, (sənin əməlinin cavabı üçün) məndən daha layiqlidir."
Bu minvalla İmam Həsən ələyhis-salam əxlaqi və bəyənilmiş dəyərlərə riayət edir və onu camaata öyrədirdi. Hər halda müəllimlər öz nəsihət və öyüdlərinə əməl etməsələr, onda aşağıdakı şeirə şamil olacaqlar:


   Sən özün də dediyindən bir az Ənvər əməl et,
Etməsən yox səməri yazsan əgər əlli kitab. 

İmadəddin Nəsimidən Həzrət Əli haqqında şeir ►►

www.sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə