Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Həzrət Əli (ə) rükuda üzüyünü verəndə, Peyğəmbər (s) nə buyrudu?

Həzrət Əli (ə) rükuda üzüyünü verəndə, Peyğəmbər (s) nə buyrudu?

Abuzər deyir:
GÜnlərin bir günündə Allahın Elçisi səlləllahu ələyhi və alih məsciddə namaz qılırdı. Bir dilənçi məscidə gəldi və camaatdan kömək istədi. Heç kəs ona bir şey vermədi. O, əlini səmaya qaldırıb dedi:
Ey Allah! Şahid ol ki, Sənin Rəsulunun məscidinə gəldim, kömək istədim amma heç kəs mənə kömək cavabı vermədi.
O zaman Əmirəl-möminin ələyhis-salam rüku halında idi. Kiçik barmağı ilə ona işarə etdi və dilənçi gəlib onun barmağından üzüyü çıxartdı.
Namaz halında olan Peyğəmbər (səlləllahu ələyhi və alih) bunu müşahidə etdi. Namazı bitirdikdən sonra başını səmaya tərəf qaldırdı və belə dedi:
" Ey Allah! Qardaşım Musa Səndən istədi ki, onun ruhunu genişləndirəsən, işləri onun üçün asanlaşdırasan dilindən düyüyü açasan ki, camaat onun danışdığını anlasın. Musa istədi ki, qardaşı Harunu onun vəziriv ə köməkçisi edəsən ki, onun vasitəsi ilə gücünü artırasan, işlərində şərik edəsən. Ey Allah! Mən Məhəmməd (səlləllahu ələyhi və alih) Sənin seçdiyinəm- mənim sinəmə genişləndir, işləri mənim üçün asanlaşdır, sülaləmdən (Əmirəl-möminin) Əlini (ələyhis-salam) mənim vəzirim qərar verəsən ki, onun vasitəsi ilə arxam möhkəmlənsin."
Əbuzər deyir: Peyğəmbərin (səlləllahu ələyhi və alih) duası hələ qurtarmamışdı ki, Cəbrəil nazil olub Peyğəmbərə dedi; oxu! Peyğəmbər (səlləllahu ələyhi və alih) buyurdu: "Nə oxuyum?" Dedi:


 إنَّما وَلیُّکُمُ اللهُ وَ رَسُولُهُ وَ الَّذینَ آمَنُوا الَّذینَ یُقیمُونَ الصَّلوةَ وَ یُؤتُونَ الزَّکوةَ وَ هُم راکِعُونَ


Sizin başçınız və işlərinizin ixtiyar sahibi təkcə Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər. (Maildə: 55)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə