Təsisçi

XX əsrin əvvəllərində yaşamış məşhur azərbaycanlı ruhani alimlərdən biri də Seyid Hüseyn Badkubeyidir. Onun övladlarından biri Siddiqə xanımdır. Siddiqə xanım, Seyidin digər övladlar kimi çox dindar, imanlı və müqəddəs bir  insan idi.
Siddiqə xanım həyat qurduqdan sonra yeddi oğul və iki qız övladına sahib oldu. Övladlarını dindar, mömin, imanlı boya-başa çatdırıb onlara Əhli-beyt (ə) məhəbbətini aşıldı. İki oğlu tanınmış  ruhanilərdən və alimlərdəndir. İlk övladı Seyid Məhəmmədəli, Nəcəf hövzəsində görkəmli və tanımış alimlərindən sayılır. İraqda Səddam Hüseyn rejiminin qurbanlarından sayılan Seyid Məhəmmədəli böyük işkəncələrlə qətlə yetirilib şəhid oldu. Onun digər qardaşı Seyid  Mürtəza Musəvidir.
Seyid Mürtəza hal-hazırda Qum və Nəcəf hövzəsinin tanınmış  müctəhidlərindəndir. O, 1950-ci ildə Nəcəf  şəhərində  dünyaya göz açıb. Seyid Mürtəza dini təhsilini Nəcəf hövzəsində böyük din alimlərindən təhsil alıb. O cümlədən: Seyid Məhəmməd Müfti Şiə, Müctəba Lənkərani, Seyid Mürtəza, Mərhum Seyid Əbülqasim Xoyi, Seyid Əbdüləla Səbzivari, Seyid Əli Sistaninin kimi dini xadimlərinin hüzurndan faydalanaraq dini elmləri əxz edib. Seyid Mürtəza Musəvi, “Sərf”, “Nəhv”, “Lümə” , “Məkasib” “Kifayə”, “Məkasib”, “Rəsail” “Əsfar” kimi fənnləri əxz etdikdən sonra xüsusilə “fiqh” elminə ali səthdə yiyələnib.
Seyid Mürtəza, İranda baş verən islam inqilabından sonra Nəcəfdən Qum  şəhərinə hicrət edib. Qum hövzəsində “Məkasib”, “Rəsail” və sair üsul fənninə aid kitabları tədris edib. Seyid Mürtəza hazırda iyirmi ildir ki, fiqhin ali səth üzrə tədrisini davam etidirir.

Seyid Mürtəza Musəvi cənablarına yeni-yeni müəvəffəqiyyətlər arzulayır, Allahdan ona uzun və bərəkətli ömür diləyirik.

“Sibtətn beynəlxalq müəssisəsi”, İranda islam inqilabının qələbəsindən sonra həzrət Ayətullah seyid Murtəza Musəvi İsfəhaninin  başçılığı ilə təsis olunub.
Ayətullah seyid Murtəza Musəvi İsfəhani 1950-cu  ildə Nəcəf şəhərində ruhani ailəsində dünyaya göz açıb. O, ibtidai təhsilini atası mərhum Ayətullah seyid Muhəmməd Musəvi İsfəhanidən alıb. Təhsilini kamilləşdirmək üçün Nəcəfin elm hövzəsinin böyük alimlərindən faydalanıb. Dini elmlərə kamil şəkildə yiyələnən alim, elmini tədris etməyə başlayır. 1980  ildə İraqın “Bəsi” partiyası tərəfindən alim və ruhanilər işkəncələrə məruz qalıb qətl olunduğu üçün Qum şəhərinə hicrət edir. Hal-hazırda mədrəsə və müəssisə təsisindən əlavə dinin təbliği üçün çalşırır, tədris və təlif işləriylə məşğuldur. İslam ölkələrinin cəmiyyətiyləri ilə olan mədəni əlaqələri və camaatın ona geniş muraciətləri, onun dini xeyriyyəçi kimi də fəaliyyət göstərməsinə səbəb oldu. Hazırda hər gün vaxtının çoxunu camaatın problem, sual həllinə və ehtiyaclarını  aradan qaldırmağa ayırıb.

.