Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Ədəbi yazılar Zarafatın yeri

Ədəbi yazılar

Zarafatın yeri

 

  Həyatımızda çox sayda insanlar görmüşük ki, əvvəl bir-biri iə səmimi və dost olmuş, lakin sonradan bu rabitələrini kəsmişdilər. Bəs bunun səbəbi nə olmuşdur? (Tebyan)
İnsanların bir-biri ilə rabitələrini kəsməyin səbəbləri müxtəlif ola bilər. Hədislərimiz buyurur ki, bunun əsas dörd səbəbi ola bilər. İmam Sadiq (ə) buyurur: “Əgər istəyirsənsə ki, qardaşının dostluğu saf, zülal olsun, onunla zarafat, mübahisə, lovğalıq, düşmənçilik etmə”.
Ona görə də rabitələrin kəsilməsinə səbəb olan amillər:
- Zarafat etmək (yersiz, yaxud ifrat).
- Mübahisə etmək.
- Lovğalanmaq.
- Düşmənçilik etmək. (çəkişmə).
  Hörmətli oxucular bu nöqtəyə diqqə etməlidirlər ki, Peyğəmbər və İmamlar, zarafatın incləiklərini bilmiş və qeyri-məsum şəxslərdən fərqli zarafatlar etmişlər. Zarafatın növləri var. Həzrət Peyğəmbər (s) buyurur: “Mən zarafat edirəm, ancaq haqq sözdən başqasını demirəm”. Demək, deyə bilərik ki, zarafat,Peyğəmbərin (s) sünnətində olub. Əgər insan qarşı tərəfi təhqir etməzsə və ya incitməzsə, zarafat edə bilər. Məqsədi din qardaşını şad etmək və kədərini aradan aparmaq olmalıdır.
İmam Əli (ə) Peğəmbərdən (s) nəql edir: “İslam Peyğəmbəri (s) nə zaman səhabələrindən birini kədərli görsəydi, onu zarafatla sevindirərdi”.
Həzrət Peyğəmbər (s) o qədər heybətə və İlahi əzəmətə malik olmağına baxamayaraq, həmişə dodaqlarında təbəssüm olardı.
Ona görə də zarafat etmək əgər həddində olarsa bəyənilən əməllərdəndir. Zarafat gərək çirkin və əxlaqdan uzaq olan sözlərdən olmasın. Belə ki, İmam Əlinin (ə) buyurduğu kimi: “Çirkin danışmaq alçaq insanların üslubudur”. Zarafat elə olmalıdır ki, qarşı tərəfdə kin yaratmasın, iffəti və həyanı aradan aparmasın. İmam Sadiq (ə) buyurur: “ Nəzakətsizliyə və insanları səndən incik düşürəcək zarafatı etmə”.
Bəzən insan dostu ilə zarafat edən zaman onu sevindirmək yerinə elə söz deyir ki, onu qəmgin və kədərli edir. Həzrət Peyğəmbər (s) buyurur: “Çoxlu zarafat etmək abırı aparar”.
İmam Əsgəri (ə) buyurur: “Mübahisə etmə ki, şəxsiyyətin aradan gedər, zarafat etmə ki, sənə nəzakətsizlik edərlər”.
İmam Baqir (ə) buyurur: “Məbada zarafat edəsiniz, çünki zarafat kişinin heybətini və abırını aradan aparar”.
İmam Əli (ə) buyurur: “Zarafat etmək kin yaradar”.
Həzrət Əli (ə) yenə buyurur: “Dostunla zarafat etmə ki, düşmənin olar. Düşməninlə zarafat etmə ki, səni incidər”.

Sibteyn administrator: Hörmətli mömin bacı və qardaşların nəzərinə çatdırmaq istəyir ki, saytımıza daxil olan bu yazı zarafat haqqında yazılan müfəssəl bir yazı deyil. Lakin, məlumatlandırmaq baxımından faydalı sayıla bilər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə