Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır. necə ki, gördük, Z...

ƏTRAFLI

Loading...

Pak sülalə

İmam Hüseyn (ə)

Fatimənin (s) mələklərlə söhbəti

Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı

 Nəfslə mübarizə, şeytani vəsvəsələrin dəfi, doğru yolun seçilməsi hesabına əldə edilən nəfs paklığı ruhun ilahiləşməsi, Allaha yaxınlaşma ilə nəticələnir. İmanlı insan o qədər yüksələ bilər ki, mələklər aləmi ilə əlaqədə olar. Allaha xalis, müti bəndə olmaqla insanda ilahi sifətlər cilvələnər, insan vilayət məqamına çatar. Bu vaxt ona mələklər nazil olar. Mələklərin gəlişi vilayət məqamına çatmağın əlamətidir. Bu əlamət hansısa bir dəstəyə aid deyil. Vilayət qapısı hamı üçün açıqdır. Hətta peyğəmbərlərə də mələklərin nazil olması onların vilayət məqamından bəhrələnməsi ilə bağlıdır. Bu məqama kim çatarsa, qeyb aləmi ilə əlaqəsi olar və ilahi maarifə yiyələnər. «Fussilət» surəsində buyurulur: «...Düz olan kəslərə mələklər nazil olub, belə deyəcəklər: Qorxmayın və kədərlənməyin...»

Əlbəttə, mələklərin nazil olub, şəriət xəbəri gətirməsi peyğəmbərlərə aiddir və son peyğəmbərin risaləti ilə sona çatıb. Amma Quran qeyri-peyğəmbərlərə də mələklərin nazil olduğunu xəbər verir və həzrət Məryəm (s) barədə buyurur ki, mələk Məryəmə nazil olub, onunla danışdı. («Məryəm» surəsi, ayə 17.)
Fatimə (s) vilayət məqamına malik olmaqla qeyb aləmi ilə əlaqədə olan kamil insanlardandır. Mələklər ona nazil olub, söhbət etdilər və onu ilahi biliklərlə maarifləndirdilər. Bu səbəbdən də Fatimə (s) «Mühəddisə» (hədis söyləyən) adlandırılıb. («Bihar» cild 43.)
Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi». («Bihar» cild 43).
Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı. İlahi yaxınlıq və qeybi ruzilər Fatimə (s) ibadətinin təcəllası idi.
«Bihar»da nəql olunur: Əli (ə) otağa daxil olanda Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s) namaza məşğul idi. Kənarda üstü örtülü qab vardı. Fatimə (s) namazını bitirib, tabağın üstünü açdı. Orada qeybi ruzilər vardı. Əli (ə) bunların haradan gəldiyini soruşdu. Fatimə (s) cavab verdi ki, Allah istədiyi kəsə hesabsız ruzi verər.
Bəli, bütün bunlar Fatiməyə (ə) uca məqam bəxş etmiş mehrabın bərəkətləridir.

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə