Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Kazım (ə) İmam Kazimdən (ə) ibrətli əhvalatlar

İmam Kazimdən (ə) ibrətli əhvalatlar

Mömin qardaşa ehtiram

Əbdülmömin Ənsari deyir: İmam Kazimin (ə) hüzurna yetişdim. Məhəmməd ibn Abdullah Cəfəri də İmamın (ə) xidmətində idi. Mən Məhəmmədə təbəssüm etdim. Bizi müşahidə edən İmam (ə) buyurdu: “Onu çox istəyirsən?”
Ərz etdim: “Bəli, əlbəttə sizə görə onu çox istəyirəm.”
Həzrət İmam Kazim (ə) buyurdu: “O sənin qardaşındır. Möminlər doğma qardaş kimidirlər, hətta bir atadan olmasalar belə. (Hamı Adəm və Həvvanın övladıdır.)

Məlun o şəxsdir ki, qardaşına böhtan ata;
Məlun o şəxsdir ki, qardaşına xəyanət edə;
Məlun o şəxsdir ki, qardaşını pis yoldan çəkindirməyə;
Məlun o şəxsdir ki, qardaşının qeybətini edə.

Əməlin iyi

İmam Kazim (ə) buyurdu: “Bir nəfər atam İmam Sadiqdən (ə) soruşdu: İnsan xeyir əməl və ya günah etmək istəsə, insanların əməllərinə nəzarət edən mələk onun nə etmək istədiyindən agah olur?”
Buyurdu: “Xoşa gələn ətirli iylə, pis iy eynidir?”
Ərz etdim: “Xeyr.”
Buyurdu: “İnsan yaxşı iş görmək istəyəndə onun nəfəsindən gözəl iy xaric olar. Amma hər kimsə pis iş görmək istəsə, onun nəfəsindən pis iy xaric olar.”
Beləliklə, mələklər yaxşı və ya pis iy vasitəsilə anlayırlar ki, insanın qəsdi nədir. Əgər xeyir qəsdi olsa, hətta yaxşı iş görməsə belə onun əməl dəftərinə savab yazarlar. Yox əgər şər əməl qəsdi olsa, lakin günah iş görməyənə kimi onun əməl dəfrətinə bir şey yazmazlar.

Haqq söz

İmam Kazim (ə) şiələrindən birinə buyurdu: “Allahdan qorx və hətta həyatın bahasına olsa belə haqqı de. Sənin əsil xilasın həqiqəti deməkdədir. Allahdan qorx və batili tərk et, hətta batil sənin həyatını xilas etmiş olsa belə. Bunu da bil ki, sənin həqiqi məhvin batil kəlamdadır.”
Həzrət Peyğəmbər (s) buyurur: “Haqq söz deyin, hətta sizin zərərinizə olsa belə.”

İmam Kazimdən (ə) təsirli rəftar

Bağdadlı xətib əhli-sünnə mühəddisindən İmam Kazim (ə) haqda maraqlı bir dastan nəql edir: Mədinədə Ömər ibn Xəttabın övladlarından biri İmam Musa ibn Cəfərə (ə) əziyyət edirmiş və İmam Əli (ə) haqda pis sözlər deyərmiş.
İmam Kazimin (ə) tərəfdarları o həzrətə deyirlər: İcaə verin bu kişini öldürək.
İmam Kazim (ə) ciddi şəkildə onları bu işdən çəkindirir.
İmam Kazim (ə) Ömərin nəslindən olan o şəxs haqda soruşur və onun ardınca əkin sahəsinə gedir. İmam (ə) əkin sahəsinə çatan kimi o şəxs fəryad çəkərək deyir: Ayağını mənim torpağıma qoyma!
İmam (ə) ona tərəf gedir və yaxınlaşıb yanında oturur. Bir az onunla zarafat edib onu güldürür. Sonra buyurdu: Mən sənin torpağına ayağımı qoydum, nə qədər zərərə düşdün?
Dedi: 100 dinar.
İmam (ə) buyurdu: Sənə nə qədər xəsarət verəcəyimi düşünürsə?
Dedi: 200 dinar.
İmam Kazim (ə) ona 300 dinar verir.
Ömərin yaxınlarından olan kişi İmamın (ə) bu rəftarından xəcalət çəkir və ayağa qalxıb İmamın (ə) öpüb gedir.
İmam (ə) məscidə gedir və təsadüfü həmin adamı orada görür. Həmin kişi İmamı (ə) görən kimi ayağa qalxıb belə bir məşhur ayə oxudu ki, Allah-Taala daha alimdir və risalət üçün kimi seçdiyini bilir.
İmamın (ə) ətrafındakılar onun bu hərəkətindən təəccüblənirlər və o kişidən bunun səbəbini soruşurlar. O da əhvalatı olduğu kimi danışır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə