Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə HAQQI GİZLƏTMƏK

HAQQI GİZLƏTMƏK

Haqqı gizlədən şəxslər, Allahın lənətinə düçar olanlar kimidir
Günahın səbəblərindən biri də həqiqətin, yüksək səviyyəli elmi biliyin və yaxud hər hansı bir mənəvi dəyərin ört-basdır edilməsidir. Bunun nəticəsi isə cəmiyyətdə haqqın və ədalətin, yüksək əxlaqi keyfiyyətlərin aradan getməsi olacaqdır. Quran, Allah təbarək və təala tərəfindən gələn həqiqətləri gizlədənlərlə mübarizə aparmışdır. «Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq:
«Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin».

«Bəqərə» surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lənətinə düçar olanlar kimi qeyd olunmuşlar.
«Göndərdiyimiz aşkar dəlilləri, haqq yolunu insanlara kitabda bəyan edəndən sonra bunları ört-basdır edənləri Allah və bütün lənət edənlər lənətləyir.» 

İslam Peyğəmbəri (s) buyurur:
«Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq». (Məcməül-bəyan, 1-ci cild, 240-cı səh. Səfinətül-bihar, 2-ci cild, 470-ci səh.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə