Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT Namazın hikməti və əhəmiyyəti

İBADƏT

Namazın hikməti və əhəmiyyəti

 Ey Əhməd! Bəndələrimin arasında üç dəstəyə təəccüb edirəm: Namaza duran bəndə bilir kimin qabağında durub və kim ilə danışır, amma bununla belə mürgü vurur. O bənəyə təəccüb edirəm ki, bir günün azuqəsi olduğu halda sabahkı günün ruzisinə görə narahatdır. O bəndəyə təəccüb edirəm ki, bilmir Mən ondan razıyam ya ona qəzəbliyəm, bununla belə gülür. (Təəccüblənmək, qorxmaq, kədərlənmək və.s. duyğular maddi varlıqlara məxsusdur. Uca Allahın bir şeyə təəccüblənməsi, bir şeydən qorxması və ya bir şeyə kədərlənməsi qeyri-mümkündür. O belə duyğulardan münəzzəh və pakdır. Hədisdə, "təəccüb edirəm" deyə buyurması isə bizimlə eyni dildən danışmaq istədiyindəndir. Yəni bizim anlamağımız və işin nə qədər dəhşətli olduğunu başa salmaq üçündür.)
 
Allah, hədisin bu hissəsində əksəriyyətimizdə olan üç pis xüsusiyyəti buyurur və bunu "təəccüb edirəm" təbiri ilə bildirir. O üç xüsusiyyət bunlardan ibarətdir:
1- Namaza əhəmiyyət verməmək.
2- Qənaətcil və Allaha təvəkkül etməyərək yersiz yerə narahat olmaq
3- Allahın haqqımızda nə düşündüyünü əhəmiyyətsiz hesab etmək
 
Namazın həqiqəti
 
Hamımız qıldığımız namazların Allah tərəfindən qəbul edilməyə layiq olmadığını və Allah dostlarının qıldığı namazlardan nə qədər uzaq olduğunu anlayırıq. Buna görə də, ayə və rəvayətlərdə ki, namaz qılmaq nəticəsində əldə olunan müsbət nəticələr, faydalar, bizi əhatə etməyir. Amma bir çox insan bu çatışmazlığın fərqində belə deyil, qıldığı namazı çox bəyənir, Allahın əmrini ən gözəl şəkildə yerinə yetirdiyini zənn edir. Halbuki hamı öz namazındakı əskikləri düzəltməlidir. Tələsik, diqqətsiz, dağınıq başla qılınan namazın nə qədər pis olduğunu, digər tərəfdən də düzgün, mükəmməl və Allahın istədiyi kimi qılınan namazın nə qədər gözəl olduğunu gərək insan dərk edə. Hər mömin tələsik qıldığı namazın faydası olmadığını anlayır. Bunun əksinə gözəl şəkildə qıldığı namazın da saysız faydaları olduğunu bilir.
 
Bunun üçün ediləcək ən gözəl şey öz qıldığımız namazla, Allah dostlarının qıldığı namazı müqayisə etməkdir. Bax o zaman necə namaz qıldığımızı və hansı eyiblərimizin olduğunu anlayacağıq. Çünki zəiflə güclünü, nöqsanla mükəmməli müqayisə etdiyimiz zaman çatışmazlıq və səhvlər özünü daha qabarıq göstərir.
 
İnsanın namaza daha çox əhəmiyyət verməsi və kamil bir namaz qılmasıı üçün böyük alimlərimiz bir çox əsər qələmə alıblar. Bunlardan biri Mirzə Cavad Ağa Təbrizinin "Əsrarus-Salat" (Namazın sirləri) kitabında yazır ki, Namaz - yəni insanın Rəbbi qarşısında dayanaraq qul olduğunu göstərməsi, Ona möhtaclıq əlini uzatması, təvazökarlıq və xuşu ilə Allaha yönəlməsidir. Namaz qılan biri kimin qarşısında dayanıb, danışdığını başa düşməlidir.
 
Ümumiyyətlə, namaz qılarkən fikirlərimizin az hissəsi Allahda olur. Bir neçə gün öncə hətta bəzən illər əvvəl hadisələr  namazda yadımıza düşür. Namazın salamın verib qurtardıqda anlayırıq ki, biz namaz qılırmışıq. Düşünün ki, bəndə onu yaradanın, Allah kimi aləmlərin yaradanın qarşısında dayanır və onunla danışır, amma heç bir halda fikri Allahda deyil, bundan daha pis nə ola bilər!
Allah, Quranda insanların bu halını münafiqliyin bir göstəricisi olaraq buyurub: "Onlar, namazı yalnız tənbəlcəsinə qılarlar" (Tövbə surəsi, ayə 54)
 
Başqa bir qüdsi hədisdə isə belə buyurur: "Namaz qılırlar, amma ürəkdən qılmırlar, onları eşşəyə çevirməyimdən qorxmurlar?!"
 
Namaza əhəmiyyət vermədən, diqqətsiz şəkildə qılmaq o qədər pisdir ki, kim belə etsə eşşək şəklinə girməyi layiqdir. İnsanın hörmətli birinin qarşısında dayanması və onunla danışarkən başqa şeyləri düşünməsi hörmətsizlikdir. Bu hörmətli dediyimiz Allah olsa gör onda nə qədər pis bir işdir namazdakı diqqətsizlik.
 
Görəsən insan qarşısındakı ilə danışdığı zaman üzünü ondan çevirərəkmi danışar? Arxasını çevirərək danışsa, ağıllı insanlar onun dəli və ya nə qədər hörmətsiz biri olduğunu deməzlər? Əlbəttə ki Allah cisim deyil,
Allaha qarşı üzümüzü çevirərək danışmağımız yəni qəlbimizi Ondan çevirməyimizdir. Əgər namazda onunla danışarkən qəlb Ona yönəlməsə və ondan başqa şeylərin fikrində olsa, bu Allahdan üz çevirmək deməkdir.
 
Allah ki öz lütfü ilə sənə Onun qarşısına çıxma, onunla danışmaq və münacat etmək icazəsini verib, bunu ən yaxşı şəkildə qiymətləndirmək yerinə, ondan qafil olmaq ağıllı birinə yaraşarmı? Yüksək vəzifəli şəxslər kimi gəldi yanlarına yaxınlaşmasına icazə verməzlər, yalnız bəzi insanlarla görüşərlər, halbuki aləmin ən böyük hakimi olan Allah belə deyil, bəndələrinə olan sərhədsiz sevgisinə görə evinin qapısını hamıya açaraq, hər kəsin ona yönəlməsinə, onunla görüşməsinə icazə verib. Elə isə bu nemətin qədrini bilərək, qəlbimizlə ona yönələk.
 
Allaha qarşı laqeyd olan, ona inanmayan və hər zaman onun yanında olduğunu qəbul etməyən o qədər də pis deyil, əsl pis olan kimin qarşısında dayandığını bildiyi halda yenə də Allaha qarşı laqeyd olandır. Bax elə buna görə də Allah, belə namaz qılanlar üçün,"təəccüb edirəm" təbirini istifadə edir, yəni - "bəndəm qarşımda dayanıb, amma sanki heç mən qarşısında deyiləm, diqqətini cəmləmədən başqa şeylərlə məşğuldur, bu nə qədər təəccüblü və qəribə bir haldır."

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə