Bz.er07262021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam İmam Sadiq (ə) İmam Sadiq (ə) və hindistanlı həkim

Əhli-beyt (ə)

İbrətamiz

Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

Bəzən elə olur ki, qohumlarımız bizimlə eyni əqidədə olmurlar. Bəzən hətta bizi incidirlər. Biz onlarla necə rəftar etməliyik?
İmam Sadiq (ə) buyurur: &...

ƏTRAFLI

Loading...

İmam Baqir (ə)

İmam Sadiq (ə)

İmam Sadiq (ə) və hindistanlı həkim

 İmam Sadiq (ə) bir gün xəlifə Mənsur Dəvənaqinin məclisində idi. Xəlifənin yanında hindistanlı bir həkim əyləşmişdi. O, tibb elmi haqqında yazdığı kitabı xəlifəyə oxuyurdu. İmam Sadiq (ə) bu məclisin bir küncündə əyləşmişdi. Bir müddət keçir və həkim kitab oxumağı saxlayan zaman nəzəri İmama (ə) düşür. Bir müddət Həzrətin (ə) nurani simasına tamaşa edir. Sonra xəlifəyə nəzər salır və deyir: “O, Ali-Muhəmmədin (s) alimidir. Mənim yazdıqlarımdan bəhrələnmək istəyirmi?”.

 

Xəlifə İmama (ə) baxır və bir söz deməmişdən qabaq İmam (ə) ona buyurur: “Xeyr”.

 

Həkim İmamın (ə) bu cavabından təəccüblənir və deyir: “Niyə?” İmam (ə) buyurur: “Çünki sənin yanında olandan daha yaxşısı varımdır”. Həkim deyir: “Sənin yanında nə vardır”. İmam (ə)  buyurur: “İstiliyi soyuqluq ilə müalicə edirəm. Soyuqluğu da istiliklə. Rütubəti quruluqla müalicə edirəm, quruluğu isə rütubət ilə. Peyğəmbərin (s) buyurduqlarını edirəm və nəticəsini Allaha tapşırıram”. Sonra da cəddi Peyğəmbərə (s) işarə edərək, buyurdu: “Mədə hər bir xəstəliyin evi və pəhriz hər bir müalicənin başıdır”. Həkim deyir: “Məgər tibb bunlardan başqasıdırmı?”. İmam (ə) buyurur: “Güman edirsən ki, mən də sənin kimi bunları tibb kitabından öyrənmişəm?”. Həkim deyir: “Məgər başqa yol vardırmı?” İmam (ə) buyurur: “Yox, Allaha and olsun ki, Allahdan başqasından öyrənməmişəm. İndi de görüm, bizlərdən hansımız tibb elmində daha bilikliyik?” Həkim deyir: “Mənim işim tibbdir və bu sahədə sizdən elmliyəm”. İmam (ə) buyurur: “Onda bu sualıma cavab verin: İnsanın başı niyə bütöv deyildir, ayrı-ayrı parçalardan əmələ gəlmişdir?” Dedi: “Bilmirəm”. Buyurdu: “Niyə insanın alnı başı kimi tüklə örtülü deyildir?” Dedi: “Bilmirəm”. Buyurdu: “Niyə alında müxtəlif xətlər vardır?” Dedi: “Bilmirəm”. Buyurdu: “Qaşlar niyə gözün üzərində yerləşir?” Dedi: “Bilmirəm”. Buyurdu: “Burun niyə iki gözün arasında yerləşir?” Dedi: “Bilmirəm”. Buyurdu: “Niyə əllərin və ayaqların üzərində tük yoxdur?” Dedi: “Bilmirəm”. Buyurdu: “Böyrəklər” niyə lobya kimi xəlq edilmişdir? Dedi: “Bilmirəm”. Və bu cür bir neçə sual verir və həkim də heç birinin cavabını bilmir. Buyurur: “Ey hindistanlı həkim! Ancaq mən Allahın fəzilətinə və hikmətinə görə bu sualların cavabını bilirəm”. Həkim dedi: “Cavabları deyin ki, bəhrələnək”. İmam (ə) bu sualların cavabını verir. Həkim təəcüblə soruşur: “Bunları haradan bilirsən?”. Buyurur: “Atalarımdan öyrənmişəm”. Atalarım da Peyğəmbərdən (s) öyrənmişdir. Peyğəmbər də (ə) Cəbrayildən (ə) öyrənmişdir. Cəbrayil (ə) də Allahdan öyrənmişdir.

 

Həkim ömründə bu qədər bilikli insana rast gəlmədiyi üçün çox təəccüb edir. O, İmama (ə) baxaraq, deyir: “Təsdiq edirəm və şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Muhəmməd (s) Onun göndərdiyidir. Allaha and olsun ki, indiyə qədər tibb elmində səndən elmlisini görməmişdim”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə