Bz.er07262021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam İmam Sadiq (ə) İmam Sadiq (ə) buyurur...

Əhli-beyt (ə)

İbrətamiz

Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

Bəzən elə olur ki, qohumlarımız bizimlə eyni əqidədə olmurlar. Bəzən hətta bizi incidirlər. Biz onlarla necə rəftar etməliyik?
İmam Sadiq (ə) buyurur: &...

ƏTRAFLI

Loading...

İmam Baqir (ə)

İmam Sadiq (ə)

İmam Sadiq (ə) buyurur...

əvval ayının 25-də müsəlmanların 6-cı imamı Həzrət Cəfər Sadiqin (ə) şəhadət günüdür. Bunu nəzərə alaraq, əziz İmamdan (ə) müxtəlif mövzularda nəql olunan bir neçə hədisi dəyərli oxucuların diqqətinə çatdırırıq.

 

İmam Sadiq (ə) buyurur: “Bütün abadlıqda yaşayan cəmiyyətlər üç dəstəyə ehtiyaclıdırlar ki, dünya və axirət işlərində onlara pənah aparsınlar: bilikli və pəhrizkar fəqih (müctəhid), yaxşı və ədəbli hakim və agah və etimad olunası həkim”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah Təala ona heç bir günahını göstərməz”. (Bütün günahları bağışlanar).

 

İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs, Allaha qarşı sui-zənn etmişdir”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah Təala da Qiyamət günü onu xalq qarşısında rüsvay edər”.

 

İmam Sadiq (ə) buyurur: “Allah Təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan”.

 

İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar”.

 

İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin”.

 

İmam Sadiq (ə) buyurur: “Mömin başqaları ilə yola gedir və əsla kimsə ilə didişmir”.

 

İmam Sadiq (ə) buyurur: “Kim ağılsız şəxsin (özünə qarşı rəftarının) əvəzini ağılsızlıqla çıxsa, ona qarşı (ağılsız tərəfindən) edilən rəftara razılığını vermişdir. Çünki ondan nümunə götürmüşdür”.

 

İmam Sadiq (ə) buyurur: ““Sübhanallah” demək insanın əməl tərəzisinin yarısını, “Əlhəmdulillah” onu bütünlüklə, “Allahu əkbər” isə yerlə göyün arasını doldurar”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə