Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Bağışlananlardan olmaq üçün hansı keyfiyyətlərə malik olmalıyıq ?

Bağışlananlardan olmaq üçün hansı keyfiyyətlərə malik olmalıyıq ?

Allahın gözəl adlarından biri Ğafirdir. Hətta Ğafir adında surə belə vardır. Lakin bilməliyik ki, Allahın Ğafir sifəti heç də hər kəsə aid edilmir. Allah bu gözəl sifətə aid edilən insanların xüsusiyyətlərini Quranda saymışdır ki, onlarla tanış olaq. (Tebyan)

1. Gərək Allaha imanımız olsun ki, bağışlana bilək. “Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın”. (“Taha” 73).

2. Təqva – ikinci xüsusiyyətdir. “Ey iman gətirənlər, əgər təqvalı olsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar”. (“Ənfal” 29).

3. Peyğəmbərlərin (ə) davamçısı olmaq – bağışlanmaq üçün başqa bir şərtdir. “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).

4. İnsanları bağışlamağı və əfv etməyi bacarmaq“Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”. (“Nur” 22).

5. Borc vermək. “Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, əməllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat-qat artırar və sizi bağışlayar”. (“Təğabun” 17).

6. Dua və istiğfar. “(Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır”. (“Qəsəs” 16).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə