Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Ramazan yazıları Həzrət Məhdinin (ə.f) Fitr bayramındakı duası

Həzrət Məhdinin (ə.f) Fitr bayramındakı duası

İmam Məhdi Sahibəz-Zaman (ə.f) belə dua edir: “Pərvərdigara! Sənə üz tuturam o halda ki, Peyğəmbər (s) qarşımda, Əli (ə) arxamda sağ tərəfdə və qalan İmamlar (ə) da sol tərəfdədirlər. Onlarla Sənə yaxınlıq axtarıram və onlardan başqa heç kəsi Sənə yaxın tapmadım. Onlar İmamlardırlar. Rəhmətinlə məni saleh bəndələrin zümrəsindən qərar ver!

 

Pərvərdigara! Səni istəyirəm və mənə diqqət et. Sənin yanında olanı axtarıram. Ona görə də mənim üçün (onu) asan et və hacətlərimi yerinə yetir. Sən kitabında və haqq kəlamında belə deyirsən: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).

 

Bu ayın ehtiramını və hörmətini, onda Quran nazil edərək və həmçinin Qədr gecələrini onda qərar verərək, daha da artırdın. Dedin: “Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (“Qədr” 3-4).

 

Allahım! Ramazan ayının günləri başa çatmışdır. Bu ayda elə işlər yerinə yetirdik ki, Sən onlardan agahsan və sayını da yaxşı bilirsən.

 

Allahım! Səndən o şeyi istəyirəm ki, saleh bəndələrin istəyir. Həzrət Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və o şey ki, məni Sənə yaxınlaşdırır, məndən qəbul et. Mənə əməlimin qəbul olmasını və dualarımın yerinə yetməsini lütf et. Atəşdən xilas olmağı mənə inayət et və xilas olmağımla mənə minnət qoy.

 

Pərvərdigara! Sənin tək olmağına and verirəm, əgər bu ayda məndən razı qalmısansa, ömrümün qalan hissəsində Öz razılığını mənə artırasan. Əgər bu ayda məndə razı olmamısansa həmin bu saat, həmin bu saat, həmin bu saat məndən razı ol. Həmin bu saatda və bu yerdə məni cəhənnəm atəşindən xilas olanlardan və cəhənnəm əzabından azad olanlardan və xoşbəxt məxluqlarından qərar ver. Ey, mehribanların ən mehribanı!

 

Allahım! Bu ayı Sənin üçün oruc tutduğum son Ramazan ayı qərar vermə. Məni başqa Ramazan aylarına da çatdır ki, məndən razı olasan, məni bu dünyadan salamat xaric edəsən. O halda ki, məndən razı olmusan.

 

Pərvərdigara! Bu ildə və hər ildə məni evinin hacısı qərar ver, o halda ki, həcci qəbul olmuş, səyi mədh edilmiş, günahları bağışlanılmış, əməlləri qəbul olunmuş, səfəri salamat olmuşdur. Əməlini həvəslə yerinə yetirmişdir və canları, malları, övladları və o şeyi ki, onlara nemət vermisən – qorunmuşdur.

Allahım! Məni arzularımda ümidsiz etmə və ümidimi yerinə yetir. Muhəmməd (s) və Ali-Muhəmməd (ə) vasitəsilə Sənə üz tutmuşam və onları özümün, arzularımın, istəklərimin, yalvarmalarımın qarşısında qərar vermişəm. Simamı onların vasitəsilə dünya və axirətdə ağ et və məni dərgahının yaxın olanlarından qərar ver. Sən onları tanımam üçün mənə minnət qoydun, ona görə də onların vasitəsilə aqibətimi səadətlə xətm et. Çünki Sən hər işə qadirsən!”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə