Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Niyə bu ağır əmanəti göylər və yerlə qəbul etmədi, amma insan qəbul etdi?

Niyə bu ağır əmanəti göylər və yerlə qəbul etmədi, amma insan qəbul etdi?

İnsan – Allahın əmanətdarıdır. Məsuliyyət və vəzifələri vardır. İnsanı başqa varlıqlardan fərqləndirən ən mühüm amil – ağıl və təfəkkür qüvvəsidir. Əgər insanın ağılı durarsa, varlıq aləmi onun üçün zülmətə çevrilər.

İnsan öz xilqəti ilə varlıq aləminə məna verdi və Allah bu dünyanı ona görə xəlq etdi və gözəlləşdirdi. İnsan sanki əldə olan üzükdür ki, həmin ələ gözəllik verdi.

Bu gözəl üzüyün adları vardır ki, üzərində nəqş edilmişdir. Ağılı qaranlıqları nurlandırdı və heç kəsin qəbul etmədiyi əmanəti o, çiyninə aldı. “Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü”. (“Əhzab” 72).

Bəs insanın Allah yanındakı kəramət və məqamı necədir?

Əgər insanı bütün pisliklərdən uzaq halda təsvir etmək istəsək, deyə bilərik ki, xilqət baxımından qalan məxluqlardan daha ali məqamlarda qərar tutur. Bu kəramət – Allahın insana inayət etdiyi xüsusi lütfdür. Yəni, insan istəsə də, istəməsə də bu kəramətə malikdir. Quran buyurur: “Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik”. (“İsra” 70).

İnsan – Allahın yer üzündəki canişinidir. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30).

Dünya insan üçün xəlq edilmişdir. “Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi”. (“Casiyə” 13).

Allah bütün bu kəramətləri bütün insanlara şamil etmişdir. Fərqi yoxdur ki, qaradərilidir, yoxsa ağdərilidir. Fərqi yoxdur ki, ərəbdir, yoxsa əcəmdir. Bu kəramət Allahın bütün möminlərə və hətta kafirlərə inayət etdiyi bir lütfdür. (Tebyan)

Nəql edilir ki, o zaman ki, Salman Farsi məclisə daxil olur, Həzrət Peyğəmbər (s) yerindən qalxır və ona ehritam göstərir. Məclisin yuxarı başında əyləşdirir. Məclis əhli bu səhnəyə təəccüb edib deyir ki, niyə bu əcəmi yuxarı başda əyləşdirirsiniz? Həzrət (s) buyurur: “Ey insanlar! Adəmin (ə) zamanından indiyə qədər ərəbin əcəmdən üstünlüyü və fəzli yoxdur, məgər təqvasından başqa”.

Əmirəl-mömindən (ə) gələn hədisdə oxuyuruq: “Bütün varlıqlar ağır və yüngül, böyük və kiçik, güclü və zəif – həyat və varlıq üsulunda eynidirlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Heç bir şey Allah yanında Adəm övladından əziz deyildir”.

Nəticədə demək olar ki, əgər insanın xilqət baxımından məqamını araşdırmaq istəsək, deyə bilərik ki, bütün insanlar Allah yanında eynidirlər. İnsan əgər təkamül və kamalına görə tədqiq edilərsə, o zaman ən üstün insanlar təqvalı və imanlı insanlar hesab olunur.

Necə ki, Allah buyurur: “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır”. (“Hucurat” 13).

Beləliklə deyə bilərik ki, Allah o qədər mehriban və rəhimdir ki, kəramətini bütün insanlara şamil etmişdir. Heç bir insanı bu kəramətindən məhrum etməmişdir. Baxmayaraq ki, kafirdir, müşrikdir, günahkardır – hamısı bu kəramətə malikdir.

Ancaq Allah yanında ən ali məqamlarda qərar tutan insanlar – təqvalı insanlardırlar. Yəni, peyğəmbərlər, İmamlar (ə), şəhidlər, siddiqlər, muxləslər və sair. O insanlar ki, təkamül yolunda ləngiyirlər və irəli getmirlər onların məqamı alçaq məqamdır. İinsan özünə nəzarəti itirsə və nəfsinin ardınca getsə, bəzən dördayaqlı heyvanlardan belə alçaqda olur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə