Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) Tibbur-Rəsul (Peyğəmbər təbabəti)

Tibbur-Rəsul (Peyğəmbər təbabəti)

İlıq su ilə iftar...

Həzrət Peyğəmbər (s) halva ilə iftar edərdi. Halva olmasaydı başqa şirnidən, xurmadan istifadə edərdi. Bir şey olmayanda ilıq su ilə orucunu açardı. Həzrət (s) buyurur: İlıq su mədə və qara ciyəri təmizləyir, ağıza xoş qoxu verir, dişləri möhkəmləndirir.

Mis qabın zərəri...

Həzrət Peyğəmbər (s) buyurur: Misdən hazırlanmış qablarda su içməyin. Bu vasvasılıq və pərişanlıq səbəbidir.

Xilalın faydası...

Yemək yeyəndən sonra xilal edin. (dişləri çöplə təmizləyin) Bu dişləri sağlam saxlayır, ruzini artırır... Həzrət (s) buyurur: Yeməkdən sonra xilal edin, ağızınızı yaxalayın. Bu kəsici və dəyirman dişlərə faydalıdır... Bir gün Peyğəmbər (s) Cəfər ibn Əbu Talibə Xilal verib buyurdu: Ey Cəfər! Xilal et, bu ağızın sağlamlığına səbəb olur, ruzini artırır.

Misvakın xüsusiyyətləri

Həzrət Peyğəmbər (s) buyurur: Cəbrail həmişə mənə misvak etməyi tapşırırdı. O qədər israr edirdi ki, düşünürdüm misvak vurmaq vacib olacaq... Həzrət (s) buyurur: Misvak etmək insanın fitrətindən, tövhiddəndir... Həzrət (s) başqa bir məqamda buyurur: Misvak edin, çünki ağızın təmizliyi və Allahın razılığına səbəb olar... Misvak dişləri möhkəmləndirər. Gündə iki dəfə misvak edən peyğəmbərlərin sünnəsini davam etdirib. Hər qıldığı namaza görə Allah ona yüz rəkət namazın savabını yazar, onu ehtiyacsız edər, ağızı xoş qoxulu olar, yaddaşı güclənər, düşüncəsi dərinləşər, qidaları ləzzətli olar, diş ağrıları aradan qalxar, xəstəliklərinin qarşısı alınar, mələklər ona əl verər, dişləri təmiz olar... Həzrət (s) bir hədisdə misvakın on xüsusiyyətini sadalayır:

Ağızı ətirləndirər, damağı möhkəmlədər, bəlğəmi aradan qaldırar, gözü işıqlandırar, dişlərin ərpini əridər, mədəyə kömək edər, Peyğəmbər (s) sünnəsinə əməl olunar, mələkləri sevindirər, Allahı razı salar, xeyir əməlləri artırar... Həzrət (s) buyurur: Allah üçün misvakdan sonra iki rəkət namaz misvaksız yetmiş rəkət namazdan üstündür.

Həzm sisteminə faydalı göstərişlər...

Həzrət Peyğəmbər (s) buyurur: Mədə bütün xəstəliklərin mənzilidir. Pəhriz bütün dərmanların köküdür... Həzrət (s) buyurur: Kahı yeyin. Kahı yuxu gətirər, yeməyi həzmə verər... Həzrət (s) buyurur: Cəbrail mənə dedi ki, bərni xurmasında doqquz xüsusiyyət var:

Ağz qoxusunu aradan qaldırır, mədəni təmizləyir, qidanı həzmə verir və s... Həzrət (s) buyurur: Bütün xəstəliklərin kökü mədənin ağırlığındadır... Buyurur: Suyu aram için, onu birdəfəyə başınıza çəkməyin bu qara ciyər xəstəliyinə səbəb olar.

İshalın dərmanı...

Bir şəxs Peyğəmbərə (s) qardaşının ishala düçar olduğunu dedi: Kişi qardaşına bal versə də təsirini görməyib yenidən Peyğəmbərə (s) müraciət etdi. Peyğəmbər (s) yenə də xəstəyə bal verilməsini buyurdu. Bu get-gəl bir neçə dəfə təkrarlandı, kişi dördüncü dəfə gəlib dedi ki, ishal güclənib. Həzrət (s) buyurdu ki, Allahın sözünə inan, qardaşının qarnına yox. Kişi geri qayıdıb xəstəyə yenidən bal verdi. Bu dəfə xəstəlik tam aradan qalxdı... Başqa bir şəxs Həzrətə (s) qarın sancısından şikayətləndi. Həzrət (s) buyurdu ki, baldan şərbət düzəlt, ona üç-yeddi ədəd qaraçörəkotu dəni at, sonra iç, Allahın izni ilə sağalarsan... Həmin şəxs bu göstərişə əməl edib sağaldı.

Acqarına xurma...

Həzrət Peyğəmbər (s) buyurur: Xurmanı acqarına yeyin, bu halda qarındakı qurdları öldürər.

Başgicəllənməyə qarşı...

Həzrət Peyğəmbər (s) buyurur: Kim sədo (sudab) yesə başgicəllənməsi aradan qalxar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə