Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ Təhrif olunmuş Tövrat və İncildə Peyğəmbərin (s) nişanələri

ƏQİDƏ

Təhrif olunmuş Tövrat və İncildə Peyğəmbərin (s) nişanələri

Sual : Tövrat və İncildə (Bibliyanın hissələri) Məhəmməd Peyğəmbərlə (s) əlaqədar nişanələrə necə əsaslanmaq olar?

 

Qısa cavab:

Ətraflı cavab:   Quranın müxtəlif ayələri Peyğəmbərin (s) və onun gətirdiyi dinin nişanələrinin onların kitablarında olduğunu sübuta yetirir, buna görə də, aydındır ki, bu kitabların təhrifə uğraması onların tamamilə təhrif olunması demək deyil. Əksinə, Tövrat və İncilin bir qismi olduğu kimi qalmaqdadır və Peyğəmbərin (s) əlamət və nişanələri yəhudi və məsihilərin bu və digər məzhəbi kitablarında olmuş və olmaqdadır.
Eləcə də, Peyğəmbərin (s) asimani kitab gətirməsi və zühuru ilə o kitablarda gələn əlamətlər eynilə öz əksini taparaq sübuta yetmiş oldu. Belə ki, orada yazılanlar eynilə və olduğu kimi həyata keçdi.
Nəticədə, Quranın bir çox ayələrində onun özündən əvvəlki kitabları təsdiqləyən bir kitab olması dəfələrlə vurğulanmaqdadır. O cümlədən, “Bəqərə” surəsinin 41-ci ayəsində oxuyuruq:
 «مُصَدِّقاً لِما مَعَکُم»
“Sizin kitablarınızı təsdiq edən”
Həmçinin, həmin surənin 89, 101-ci ayələrində oxuyuruq:
 «مُصَدِّقاً لِما مَعَهُم»
“Onların kitablarını təsdiq edən.”
“Maidə” surəsinin 48-ci ayəsində Allah buyurur:
 «وَ اَنْزَلْنا اِلَیْکَ الْکِتابَ بِالْحَقِّ مُصَدِّقاً لِما بَیْنَ یَدَیْهِ مِنَ الْکِتابِ»
“Biz bu kitabı özündən əvvəlki asimani kitabları təsdiq edən olduğu halda, haqq olaraq sənə nazil etdik.”
Quranın Tövrat və İncil təsdiq etməsindən anlaşılır ki, Peyğəmbərdə (s) olan xüsusiyyətlər o kitablarda yazılan nişanə və əlamətlərlə eyniliyə malikdir.
“Təsdiq” kəlməsinin “eyniyyət” mənasını ifadə etməsi Quranın digər ayələrində də müşahidə olunur, o cümlədən, Allah-taala “Saffat” surəsinin 105-ci ayəsində həzrət İbrahimə (ə) buyurur:
 «قَدْ صَدَّقْتَ الرُّوْیا»
“Sən öz gördüyün röyanı (eynilə) həyata keçirtdin.”
Yəni, sənin əməlin öz röyanla eyniyyət təşkil edir. Həmçinin, “Əraf” surəsinin 157-ci ayəsində buyurur:
«الَّذینَ یَتَّبِعُونَ الرَّسُولَ النَّبِیَّ الْاُمِّیَّ الَّذی یَجِدُونَهُ مَکْتُوباً عِنْدَهُمْ فِی التَّوْراهِ وَ الْاِنْجیل...»
“Peyğəmbərə itaət edənlər onun nişanələrinin eynilə Tövrat və İncildə yazıldığını görürlər.”
Bu mübarək ayə aşkar surətdə bəyan edir ki, Peyğəmbərdə (s) müşahidə etdikləri xüsusiyyətlər onların Tövrat və İncil kitablarında gəlmiş əlamətlərlə tamamilə eynidir.
Hər halda Quran Tövrat və İncilin mətnini tamamilə təsdiqləmir və yalnız o kitablarda Quran və Peyğəmbərin (s) haqq olduğunu sübuta yetirən əlamət və nişanələri təsdiq edir. Bundan əlavə, bir çox ayələr vardır ki, onların İncil və Tövratı təhrif etdiklərini hekayət edir və bunun özü yuxarıda qeyd olunanların sübutudur.
Burada sübut və nümunə olaraq, böyük alimlərdən birinin İslamı necə qəbul etməsi və iman gətirməsinə qısaca olaraq işarə edirik:
Fəxrul İslam “Ənisul-əlam” kitabının müəllifidir. O, əvvəllər məsihilərin adlı-sanlı keşişlərindən biri olub və öz təhsilini məsihi keşişlərin yanında sona çatdırmış və onların nəzərinə görə, yüksək bir məqama nail olmuşdur. O, həmin kitabın müqəddiməsində özünün İslam dininə iman gətirməsini şərh edərək yazır: “Uzun müddət müxtəlif şəhərlərə səfərlər edərək apardığım axtarışdan sonra, zöhd və təqvada üstünlük əldə etmiş və yüksək məqama sahib olan bir keşişlə qarşılaşdım. Katoliklər öz dini suallarına cavab almaq üçün ona müraciət edirdilər, mən bir müddət ondan məsihilərin müxtəlif məzhəblərini öyrənirdim, onun şagirdlərinin çoxluğuna baxmayaraq, mənə olan münasibəti fərqli idi və mənə qarşı xüsusi bir məhəbbəti vardı, mənzilinin açarları məndə olurdu, lakin bir sandıqça var idi ki, onun açarını həmişə öz yanında saxlamışdı.
Bu aralar keşiş nasaz olduğu üçün məndən şagirdlərə onun bu gün dərs deyəcək vəziyyətdə olmadığını söyləməyimi istədi. Şagirdlərə yaxınlaşdığım zaman, onların Süryani dilində “Farqlita” (1) və Yunan dilində isə “Priklatus” kəlmələrinin mənaları ilə əlaqədar mübahisəyə məşğul olduqlarını gördüm, onların mübahisəsi bir qədər vaxt apardı, şagirdlərin hər biri öz rəyinə əsaslanırdı.
Qayıtdığımda ustadım bu gün nəyin barəsində mübahisə etdiyimizi soruşdu, mən də şagirdlərin nəyin barəsində mübahisə etdiklərini dedim. O, bir daha məndən kimin fikri ilə razı olduğumu soruşdu.
Dedim: “Mən özüm filan təfsirçinin fikrini seçmişəm.”
Keşiş dedi: “Düz təfsiri seçməmisən, lakin həqiqət deyilənlərdən tam başqadır. Həqiqət belədir ki, elmdə dərin biliyə malik olanlardan başqa, heç kim onu bilmir, onlardan da çox az bir qismi o həqiqətlərə nail olmuşlar. Mən onun mənasını öyrənməkdə israr etdiyimdə, o, ağlayaraq dedi ki, səndən heç nəyi gizlətmiyəcəyəm... Bu adın mənasını öyrənməyin çox böyük təsiri vardır, amma əgər bu faş olarsa, hər ikimizi öldürəcəklər, buna görə də söz ver ki, sənə öyrədəcəklərimi kimsənin yanında deməyəsən. Mən bütün müqəddəs məkanlara və kəslərə and içərək onun adını faş etməyəcəyimə dair söz verdim.
Dedi: “Bu ad müsəlmanların Peyğəmbərinin (s) adlarındandır və “Əhməd” və “Məhəmməd” mənasınadır.” Daha sonra həmin balaca otağın açarını mənə verərək bir sandıqçanın içində olan iki kitabı ona verməyimi istədi, mən kitabları ona verdim. Həmin iki kitab İslam peyğəmbərinin (s) zühurundan öncə, dəri üzərində Süryani və Yunan dillərində yazılmış kitablar idi.
Kitabların hər ikisində Farqlit adını “Əhməd və Məhəmməd” mənalarına tərcümə etmişdilər. Daha sonra sözlərinə əlavə edərək dedi: “Məsihi alimləri onun zühurundan öncə Farqlitin “Məhəmməd və Əhməd” mənalarına olmasında ixtilafa düşməmişdilər, lakin Məhəmmədin (s) zühurundan sonra öz vəzifələrini qorumaq və maddi imkanlardan istifadə məqsədilə onu təvil edərək onun üçün digər bir məna ixtira etdilər. Şübhəsiz ki, o məna İncilin sahibinin qəsd etdiyi məna deyildir.”
“Məsihi dini barədə nə deyə bilərsiniz?” deyə sual verdiyimdə, dedi: “İslam dini gəldikdən sonra, o din artıq nəsx olunmuşdur. O bu kəlməni üç dəfə təkrarladı.”
Dedim: “İndiki zamanda qurtuluş və nicat yolu nədədir?”
Dedi: “Məhəmmədin (s) dininə itaət etməkdən başqa, yol yoxdur.”
Dedim: “Nicat tapanlar ona tabe olanlardılarmı?”
Dedi: “Allaha and olsun ki, bəli!” Sonra üç dəfə bu andı təkrar etdi.
Daha sonra ustad ağlamağa başladı, mən də çox kövrəldim.
Dedi: “”Əlbəttə ki, əgər axirət əldə etmək və nicat tapmaq istəyirsənsə, haqq dini qəbul etməlisən... və mən bir şərtlə həmişə sənin üçün dua edəcəyəm və o şərt budur ki, qiyamət günü mənim batində müsəlman olmağıma və Məhəmmədə (s) tabe olanlardan olduğuma şəhadət verərək şahidlik edəsən.... Bu gün İslam dininin yer üzündə Allahın yeganə dini olmasında heç bir şübhə yoxdur!”” (2)
Diqqət yetirdiyiniz kimi, bu sənədə əsasən, məsihi alimləri İslam peyğəmbərinin (s) zühurundan sonra, öz şəxsi mənafelərinə görə, o həzrətin adını başqa bir mənaya təfsir etmişlər. (3)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə