Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ Əgər insanların pis işlərinə görə Allah cəza verməkdə tələssəydi, hamı məhv olardı

ƏQİDƏ

Əgər insanların pis işlərinə görə Allah cəza verməkdə tələssəydi, hamı məhv olardı

İmam Sadiq (ə) buyurur: “Məzlumun nifrinindən qorxun, həqiqətən o, öz haqqını Allahdan istəyər. Sübhan Allah ondan əzizdir ki, haqq istənilsin, məgər o halda ki, onu yerinə yetirsin”. (Tebyan)

Nifrin - ölmək üçün edilən pis duadır, ya da kiminsə bədbəxtliyini istəməkdir. Duanın yerinə yetməsi üçün şərait lazımdır. Hər bir insanın hər duası qəbul olmaz. Eləcə də hər bir zülm görmüşün nifrini qəbul olmaz. Quran buyurur ki, əgər insanların pis işlərinə görə Allah cəza verməkdə tələssəydi, hamı məhv olardı. “Və əgər Allah insanlar üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar”. (“Yunus” 11). Ona görə də edilən dua və ya nifrin bəzən bu dünyada həyata keçər və bəzən də axirətdə. Çünki əgər bütün nifrinlər bu dünyada həyata keçsəydi, insanların əksər hissəsi həlak olardılar.
Nifrin də dua kimi rəsmi şəkildə dinimiz tərəfindən tanınmışdır. Allah Təala Əbu Ləhəbi Həzrət Peyğəməbərə (s) əziyyət verdiyi üçün nifrin etmişdir. “Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!”. (“Məsəd” 1).

Hədislərdə də nifrin haqqında çox söz deyilmişdir. Belə ki, İmam Sadiq (ə) buyurur: “Məzlumun nifrinindən qorxun ki, məzlumun nifrini səmaya qalxar”.
İmam Baqir (ə) buyurur: “O zaman ki, atamın ölümü gəlib çatdı, məni sinəsinə sıxdı və buyurdu: “Oğlum! Sənə o şeyi vəsiyyət edirəm ki, atam ölən zaman mənə vəsiyyət etmişdi. Allahdan başqa yavəri olmayan birinə zülm etməkdən uzaq ol!””.

Müsəlmanın müsəlmanı nifrin etməsi – bəyənilməyən əməllərdəndir. Dinimiz bizə güzəşt etməyi və əfv etməyi bacarmağı tövsiyə edir. “Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”. (“Nur” 22).
Həddən artıq nifrin etmək də bəyənilməyən əməllərdəndir. Belə ki, “Üsuli-Kafi”də oxuyuruq ki, bir insan bəzən zülm görən zaman nifrin etməkdə o qədər həddini aşır ki, Allah onu da zalımlardan hesab edir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə