Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Günahdan uzaq olmağın əməli düsturu

Günahdan uzaq olmağın əməli düsturu

“Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi. Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız». Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır. (Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir)”. (“Bəqərə” 34-36).
Bu ayələrin bizə verdiyi dərs.
1. Əməldə itaətsizlikdən təhlükəli - əmrə qarşı edilən etiqadsızlıqdır.
2. Təkəbbürlülük və iblisin günaha cəsarəti - bədbəxtliyin başlanğıcıdır.
3. Ailədə kişi başçıdır.
4. Tərbiyə metodunda əgər kimisə başqasını hansısa bir işdən çəkindirmək istəyirsə, ilk növbədə düz olan yolları açıq buraxmalıdır. Sonra isə qadağalar bəyan edilməldiir.
5. İlahi əmrə itaətsizlik etmək - insanın özünə etdiyi zülmdür. Adəm (ə) və Həvva (ə) da tövbə edən zaman deyirdilər ki, biz özümüzə zülm etmişik.
6. Şeytanın təhlükəsi hamını gözləyir. Necə ki, Həzrət Adəmə (ə) də təsir etmişdi.
7. Hər bir insan öz ləyaqət və istedadına uyğun olaraq behiştlik olar. Ancaq xataları onu süqut etdirər.
8. Allaha edilən itaətsizlikdən və lənətlik iblisin vəsvəsələrinə uymaqdan ibrət götürək.
9. O kəs ki, şeytanın nüfuzunun altında olar, İlahi məqamdan məhrum olar.
Deməli, ən əsası təkəbbürlü olmamaq, itaətsizlik etməmək, özünü hesaba çəkmək və iblisin, öz nəfsinin insane düşmən olmasını unutmamaqdır.
Allah Təala bizləri hidayət olunmuşlardan qərar versin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə