Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "Züha" surəsi

"Züha" surəsi

.93.
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    And olsun səhərə;
2.    And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
3.    (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
4.    Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
5.    Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!
6.    Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7.    Səni şaşqın (uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
8.    Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
9.    Elə isə yetimə zülm etmə!
10.    Dilənçini də (qapıdan) qovma!
11.    Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə