Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Qadında Bəyənilən Sifətlər

Qadında Bəyənilən Sifətlər

 

Qadında üç sifət: paxıllıq, qorxu və təkəbbür olmalıdır. İmam Əli (əleyhissalam) qadınlara yaraşan sifətlər barəsində belə buyurur:: “Qadındakı ən yaxşı sifətlər kişilərdə ən pis sayılan xasiyyətlərdir ki, təkəbbür, paxıllıq və qorxudan ibarətdir. Qadın təkəbbürlü olarsa, ərindən başqasına heç vaxt təslim olmaz. Həmçinin, əgər qadında paxıllıq sifəti olarsa özünün və ərinin malını qorumaqda ciddi-cəhd göstərib çalışqan olacaqdır. Eləcə də, qadın qorxaq olarsa, qarşılaşdığı hər bir hadisədən qorxub hiyləgərlərin toruna düşməyəcəkdir. Lakin sadalanan bu sifətlər kişilər üçün bəyənilməmişdir.”

Qadının təkəbbürlü olması naməhrəm qarşısında olmalıdır, kişinin düşmən müqabilində mərd və təkəbbürlü olması kimi. qadının naməhrəm qarşısıdakı təvazökarlığının heç bir mənası olmayıb, əksinə düzgün yolu təkəbbürə malik olmasındadır.
Qadınların naməhrəm qarşısındakı təbəssüm və
təvazö etməsi əksər hallarda naməhrəmlərin sui-
istifadələri ilə nəticələnmişdir.
Qadınlar bacardıqca naməhrəmlə qarşılaşmamalıdırlar. Amma, əgər naməhrəmlə üzləşib danışmaq lazım gələrsə təkəbbürlü olub heç vaxt mülayim söhbət etməməlidirlər ki, şəhvətləri qarşısında aciz qalan kişilər tamaha düşməsinlər.

Qeyd olunduğu kimi, qorxu qadınların bəyənilən sifətlərindən biridir. Qadın heç vaxt özünü qorxmaz və şücaətli göstərməməlidir ki, başqalarının nəzər-diqqətini özünə cəlb etsin. Məsələn, gecə vaxtı təkbaşına evdən çıxması ilə hiyləgər və namərdlərin toruna düşməsi mümkündür ki, bu da irz-namusunun, abır-həyasının əldən getməsinə və bədbəxtçiliyə gətirib çıxara bilər. Bəyənilən qorxu qadının öz iffət və namusunu qoruduğu haldadır.
Paxıllıq da qadın üçün bəyənilmiş sifətlərdən biridir. Çünki bu xüsusiyyət qadının ərinin malından muğayat olmasına, israfa yol verməməsinə səbəb olur

Sibteytn administrator: Hədislərin istinad mənbəyi müəllifə aiddir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə