Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

ŞƏFAƏT

Şafelərin (şəfaət edənlərin, 14 mə”sum (əleyhimussalam) şəfaəti Qiyamətdədir. Onlar Allah yanında möhtərəm olduqlarından, qüdrətlidirlər. Yıxılmış zəifi qaldırar, cəhənnəm odundan çıxararlar. Bə᾽zən də cənnət əhlinin dərəcəsini qaldırar, onları Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmmədlə yaxınlıqdan faydalandırırlar. Bəli, hamı şəfaətə möhtacdır.

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

“Biharül-ənvar”da nəql olunur ki, Əbu İymən Həzrət Baqir (əleyhissalam)-a ərz etdi: Yəbnə Rəsulillah, siz xalqı öz şəfaətinizlə məğrur edirsiniz. İmamın çehrəsində bir anlıq qəzəb göründü. Buyurdu: Qiyamətdə bütün əvvəlkilər və sonrakılar, hətta peyğəmbərlər də belə, Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) şəfaətinə möhtacdırlar. Yoxsa haram tikə yeməklə məğrur olmusan, elə bilirsən şəfaətə ehtiyacın yoxdur?!

BÖYÜK ŞƏFAƏT MÜHƏMMƏD VƏ ALİ-MÜHƏMMƏDİNDİR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)

Əsl şəfaət 14 mə᾽sum (əleyhimussalam)-a aiddir. Amma mərtəbəcə aşağı şəfilər də vardır. Məsələn, bə᾽ziləri həqiqi alimlərin bərəkətindən Behiştə gedər. Mö᾽minlərin şəfa verəcəyi barədə buyurulub: “Hər bir mö᾽min yüz nəfərə şəfaət edər.” Bu ləyaqəti onlar Mühəmməd və Ali-Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yolunun davamçılığından qazanmışlar. Peyğəmbər övladlarından da şəfaətçilər vardır. Eləcə də, məscid və Qur᾽an!

HƏR YERDƏ ŞƏFAƏT OLUNAR

Əlbəttə, əsas şəfaət Qiyamətdədir. Lakin dəlillər var ki, bərzəxdə, hətta bu dünyada da şəfaət olunur. Məsələn, bəla gəldikdə İmam Zaman (əleyhissalam)-ın şəfaəti ilə kənar olar. Bir şəxs bərzəxdə əzabda olduğu vaxt atası, övladı, dostu dünyada Əhli-beyt (əleyhimussalam)-la rabitə yarada bilsə və onları vasitə qərar verə bilsə, Allah-Taala onların bərəkətinə o şəxsi bağışlayar. Ölüm zamanı, ölümdən əvvəl şəfaət tapılmasına aid hadisələr mə”lumdur. Seyyid Həmirinin hekayəti çox kitablarda yazılmışdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə