Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Ədəbi yazılar Mömin - dostu və qohumları üçün, qonşu – qonşu üçün və dost – dost üçün Qiyamət günü şəfaət edəcək

Ədəbi yazılar

Mömin - dostu və qohumları üçün, qonşu – qonşu üçün və dost – dost üçün Qiyamət günü şəfaət edəcək

O kəslər ki, Allaha və Onun yeganə olmasına iman bəsləyir və o kəslər ki, Allahla əhd bağlayıblar, o kəslər ki, Allah dərgahına yaxındırlar – Quranın nəzərinə görə şəfaətə layiq insanlardılar.
Ərş əhli daima Xaliqi təsbih və həmd edərlər. Allahın seçilmiş bəndələri də Yer üzündə ən layiqli, ən yaxşı və əxlaqlı insanlar olmuşdular. Onlar məhz bu əxlaqi dəyərlərinə görə Allah tərəfindən seçilirdilər. Ona görə də mələklər, peyğəmbərlər (ə), onların canişinləri Allah tərəfindən şəfaət etmək haqqına malikdirlər. (Erfan)

Bu üç dəstədən əlavə hədislərimiz buyurur ki, şəhidlər, alimlər, saleh bəndələr də başqa insanları şəfaət edə biləcəklər. Bu hədislərdən bir neçəsinə nəzər salaq.
Həzrət Peyğəmbər (s) Quranı Qiyamət günü şəfaətçi kimi tanıtmışdır: “Quran – şəfaətçidir ki, şəfaəti qəbul olmuşdur”.
Həzrət (s) buyurur: “Qiyamət günü Allah alimləri toplayacaq və buyuracaqdır: “Mən sizin günahlarınızı bağışladım, əməllərinizi qəbul etdim. Siz peyğəmbərlər kimi başqa insanları şəfaət etmək icazəsinə maliksiniz””.
Həzrət Peyğəmbər (s) alimlərin şəfaəti barəsində buyurur: “Elm axtarışında olanlar peyğəmbərlər (ə) kimi şəfaət haqqına malikdirlər”.
Həzrət Peyğəmbər (s) şəfaət edənlər haqqında buyurur: “Allah yanında üç dəstə şəfaət edirlər: peyğəmbərlər (ə), alimlər, şəhidlər”.
Həzrət Peyğəmbər (s) möminlərin şəfaətini belə bəyan edir: “Peyğəmbərlər (ə), onların canişinləri, möminlər, mələklər – şəfaətçi və bağışlanma vasitəsi ola bilərlər”.
Möminlər öz dostlarına şəfaət edərlər. İmam Sadiq (ə) buyurur: “Mömin dostu və qohumları üçün şəfaət edər”.
Qonşular da şəfaət edəcəklər. İmam Sadiq (ə) buyurur: “Qonşu, qonşu üçün və dost, dost üçün şəfaət edəcəkdir”.
Müsəlmanların körpə uşaqları da şəfaət edəcəklər. İmam Sadiq (ə) buyurur: “Müsəlmanların övladları əgər körpə vaxtı dünyadan getsələr, Allah yanında bağışlanmış olarlar və şəfaət edəndirlər. O zaman ki, 12 yaşına çatarlar – onların yaxşı əməlləri hesablarına aid olunar, o zaman ki, təklif yaşına çatarlar – pis əməlləri qeyd olunar”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə