Quran qarilərinin 3 dəstəsi: ikisi – cəhənnəm əhli, biri – nicat tapanlar

Quran - ən pak kitabdır ki, aləmlərin ən pak qəlbinə nazil olmuşdur. Ən pak məxluq tərəfindən dildə tilavət edilmişdir. Ona görə də bu səma kitabını o kəslər oxuya bilər ki, həm zahiri və həm də batini paklığa malik olsunlar. (Tebyan)
“Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər”. (“Vaqiə” 79).
Quranla təmasda olan insan gərək pak olsun. İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Quranın yolunu pakizə edin”. Soruşurlar ki, Quranın yolu nədir? Buyurur: “Sizin ağızlarınız”. Soruşurlar ki, nə ilə pak edək? Buyurur: “Misvakla”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Gözün haqqını əda edin”. Soruşurlar ki, gözün haqqı nədir? Buyurur: “Qurana nəzər salmaq”.
İnsan hər nə qədər gözünü günahdan saxlaya bilməzsə, Quranın ayələrinə baxsa belə, onları görməz. Kor kimi olar. Gözü hərflərin üzərində gəzsə də, Quranın nurani camalını müşahidə edə bilməz.
Ayətullah Cavadi Amuli buyurur: “O qulaq ki, Quranın mələkuti səsini eşidir və təsirlənmir, o qulaq ki, Quran tərəfindən xitab olunar, ancaq sanki heç bir xitab eşitməmişdir, o qulaq ki, qeybət, yalan, töhmət eşitməkdən ləzzət alar – bu qulağın təharəti olmaz. O əl ki, pak deyildir, gərək Qurana tərəf uzanmasın. Ona görə də insan bütün bədənini pak saxlamalıdır ki, Qurana toxuna bilsin. Bu zaman Quranın nuru insanın varlığına səfa bəxş edə bilər””.
Bədəni qüsl alaraq paklamaq olar, ancaq dili, qulağı, ruhu paklamaq çətindir. Gərək Allaha təvəkkül edib, təmrin edəsən. Əxlaq rəzilliklərini ruhundan uzaqlaşdırasan. O qədər pak edəsən ki, Quranla yaxın olmağa layiq olsun.
İmam Baqirin (ə) nəzərinə görə Quran qariləri üç dəstəyə bölünür:
“1. O kəslər ki, Quranı ruzi qazanmaq vasitəsi qərar verərlər.
2. O kəslər ki, Quran oxuyur, ancaq həddini zay edirlər.
3. O kəslər ki, Quran oxuyur, onun şəfaverən göstərişləri ilə öz qəlbi və fikri xəstəliklərini müalicə edərlər. Gecələri Quran tilavəti ilə münis olarlar, gündüz həyat səhnərlərində ondan ilham alarlar. Allah bu dəstəyə xatir bəlanı cəmiyətdən uzaq edərlər. Onlara xatir Öz rəhmət yağışını aşağı tökər. Allaha and olsun ki, bu dəstə cəmiyyətdə qırmızı kibritdən də az tapılır”.
İmam Sadiq (ə) də Quran tilavət edənləri üç dəstəyə bölür və onların əməllərinin nəticəsini belə bəyan edir:
“1. Bir dəstə hakimlərə yaxın olmaq və insanlara hakim olmaq üçün oxuyarlar. Bu dəstə atəş əhlidirlər.
2. O qarilər ki, Quranın hərflərini əzbər bilir və yaxşı oxuyurlar. Lakin həddini zay ediblər və onlar da atəş əhlidirlər.
3. O dəstə ki, Quran oxuyur ki, onun sayəsində qərar tutsunlar. Onlar Quranın möhkəm və mütəşabih ayələrinə etiqad bəsləyirlər. Vacibatı yerinə yetirərlər, haramını haram bilir, halalını halal bilirlər. Əməl məqamında qanunlarına təslim olurlar. Bu dəstə o kəslərdir ki, İlahi rəhmət əli onlara hər bir süqutdan nicat verər. Onlar behişt əhlidirlər. Hər kimin haqqında istəsə şəfaət edərlər”.