Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Həzrət Peyğəmbərin (s) İmam Əli (ə) ilə bölüşdüyü cənnət meyvəsi

Həzrət Peyğəmbərin (s) İmam Əli (ə) ilə bölüşdüyü cənnət meyvəsi

Bismilləhir-Rahmənir-Rahim.
Allahın salamı olsun Həzrət Peyğəmbərin (s) və onun pak Əhli-beytinin (ə) üzərinə. İmam Əlinin (ə) fəziləti haqqında olan hədislər olduqca çoxdur. Bizlər Allahın izni ilə İmam Əli (ə) haqqında dəryadan bir damla nəql edəcəyik.
Çoxsaylı mənbələrdən bəlli olur ki, İmam Əli (ə) Rəsulullahın (s) özü kimidir, fəqət peyğəmbərlərdən deyil. Necə ki, bu məsələ Qurani-Kərim və hədislərdə öz təsdiqini tapmışdır. Belə ki, Peyğəmbərimiz (s) bir elm dəryasıdır və İmam Əli (ə) də Peyğəmbərin (s) özü kimi təqdim olunduğu səbəbindən, bir elm dəryası sayılır.
Şeyx Kuleyni (r.ə) öz sənədi ilə nəql edibdir. Zurarə, Əbu Cəfərdən (İmam Baqirdən (ə)) nəql edir: “İmam Baqir (ə) buyurdu: "Cəbrail (ə) Rəsulullaha (s) nazil olub, cənnətdən iki ədəd nar gətirdi. Bu 2 narı ona verdi. Həzrət Peyğəmbər (s) narlardan birini yedi. Digərini isə iki yerə bölüb, yarısını Əliyə (ə) verdi və (digər yarısını) özü yedi. Rəsulullah (s) buyurdu: "Ey Əli! Mənim yediyim birinci nar - peyğəmbərlikdir, sənin onda heç bir payın yoxdur. Digər nar isə elmdir. Sən elmdə mənim şərikimsən"””.
Muhəmməd ibn Müslim Əbu Cəfərdən (İmam Baqirdən (ə)) belə eşitdiyini nəql edir: “İmam Baqir (ə) buyurdu: "Cəbrail (ə) nazil olub Həzrət Muhəmmədə (s) cənnətdən iki ədəd nar gətirdi. Əli (ə) Rəsulullahla (s) rastlaşdı və dedi: "Əlindəki bu iki nar nədir?”. Rəsulullah buyurdu: "Bu narın biri peyğəmbərlikdir, sənin onda heç bir payın yoxdur. O biri nar isə elmdir". Sonra Rəsulullah (s) bu narı iki yerə bölüb, yarısını özünə götürdü, yarısını isə Əliyə (ə) verdi. Ardınca belə buyurdu: "Sən elmdə mənim şərikim və mən də sənin şərikinəm".
İmam Baqir buyurur: "Allah Azzə və Cəll, Rəsulullaha (s) bir hərf öyrədəndə, o da o hərfi Əliyə (ə) öyrətmişdir. Bu elm bizə də gəlib çatdı”. Sonra isə İmam Baqir (ə) əlini sinəsinin üzərinə qoydu. (Yəni ki, mən Rəsulullahın (s) haqq canişinlərinin haqq canişini və onların elmlərinin varisi olduğum üçün, bu elm Allah tərəfindən mənə də gəlib çatmışdır və bu an mənim sinəmdədir).
Mənbə:
"Üsuli-Kafi", Höccət kitabı, 49-cu bab, hədis 2-3, cild 1, səh 263.
Muhəmməd Baqir Əllamə Məclisi, "Miratul-Uqul", cild 3, səh 136-da birinci hədisin sənədinə həsən, ikinci hədisin sənədinə isə muvəssəq deyibdir.
Qeyd: Həsən və muvəssəq sənədli olan hədis, dəlil gətirməyə aid olan hədislərdir. Hədisin sənədində olan ravilər güvənilən şəxslərdir və bu növ hədislər - mötəbər sənədli hədislərdən sayılırlar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə