Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Əli (ə) haqq ilədir”

 

Mən elmin şəhəri, Əli (ə) isə onun qapısıdır
Bir çox hədislər Əhli-beytin (ə) dini ideallığını açıqca təsdiq edir. Belə hədislərdən bir necəsinə nəzər salaq:

1. “Səqəleyn” hədisi;
Tirmizi Cabir ibn Abdullahın belə dediyini nəql edir: “Vida həccində Peyğəmbəri (s) gördüm. O, öz dəvəsinə minmiş və xütbə oxuyurdu. Onun belə buyurduğunu eşitdim: “Ey camaat! Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm. Əgər bu iki şeydən möhkəm yapışsanız, heç bir zaman yolunuzu azmayacaqsınız. Həmin iki şey Allahın kitabı və mənim Əhli-beytimdir (ə)” (“Səhihi-Tirmizi”, c. 5, səh. 621. ). Eyni məzmunlu hədisi otuz dörd səhabə nəql etmiş və iki yüz altımış əhli-sünnə alimi öz kitabında qeyd etmişdir.

2. “Mən elmin şəhəriyəm” hədisi;
Hakim Nişapuri özünəməxsus sənədlə Cabirdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
“Mən elmin şəhəri, Əli (ə) isə onun qapısıdır. Elm şəhərinə daxil olmaq istəyən qapıdan daxil olsun” (“Müstədrəki-Hakim”, c. 3, səh. 136.).
Digər bir hədisdə buyurur: “Mən hikmət evi, Əli (ə) isə onun qapısıdır”.
Eyni məzmunlu hədisi on səhabə, on beş tabei və onlarla əhli-sünnə alimi nəql etmişlər.

3. “Nuhun gəmisi” hədisi;
Peyğəmbər (s) buyurmuşdur: “Mənim Əhli-beytim Nuhun (ə) gəmisi kimidir. Ondan uzaq düşən oda düşər” (“Nihayə”, İbn Əsir, “زخ” sözünü izah edərkən.).
Bu hədisi altı səhabə, yeddi tabei və yüz əlli əhli-sünnə alimi nəql etmişdir.

4. “Təhlükəsizlik” hədisi;
Hakim Nişapuri İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ulduzlar insanları (dəryada) azmaqdan qoruyur. Mənim Əhli-beytim isə ümməti ixtilafdan qoruyur. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxarsa, öz aralarında ixtilaflar düşər və şeytan firqəsi sayılarlar” (“Müstədrəki-Hakim”, c. 3, səh. 149.).
Bu hədisi bir çox əhli-sünnə alimi nəql etmişdir.

5. “Əli (ə) haqq ilədir” hədisi.
Peyğəmbər (s) buyurmuşdur: “Allahın rəhməti Əlinin üzərindən əskik olmasın! İlahi, Əli harada olarsa, haqqı da orada et!” (“Müstədrəki-Hakim”, c. 3, səh. 149; “Səhihi-Tirmizi”, c. 5, səh. 592.)
Hakim Nişapuri Ümmü-Sələmədən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əli Quran ilə, Quran da Əli ilədir. Bunlar ikisi (Qiyamət günü) hovuzun (Kövsərin) kənarında mənim yanıma gəlincə bir-birindən ayrılmazlar” (“Müstədrəki-Hakim”, c. 3, səh. 94.).

Bu hədisi iyirmi üc nəfər səhabə və onlarla əhli-sünnə alimi nəql etmişlər. Əhli-beyt (ə) haqqında qeyd olunan bütün ayə və rəvayətlər (hədislər) onların fəzilətini göstərməklə yanaşı, bu fəzilətin yalnız onlara aid olduğunu, onların digərlərindən daha fəzilətli olduqlarını da açıqca isbatlayır. İbn Teymiyyə və digər bir çox əhli-sünnə elm adamlarının etirafına görə, imamət ümmətin ən fəzilətlisinin haqqıdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə