Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Məhərrəm ayının 11-də baş verən hadisələr

Məhərrəm yazıları

Məhərrəm ayının 11-də baş verən hadisələr

Aşuradan sonra Məhərrəm ayının 11-ci gecəsi və gündüzündə baş verən hadisələr

Məhərrəm ayının 11-ci gününün gecəsi ki, Şami-Qəriban adlanır, Əhli-beyt(ə) üçün ən çətin anlar hesab olunur. Onların Tasua günün Hüseyn əleyhissəlam və həzrət Əbul-Fəzli varı idisə indi, başsız yiyəsiz və Kərbalada qərib idilər. Artıq şami-qəriban zamanı Əhli-beytin xəstələr istisna olmaqla kişiləri qətliam və tikə-tikə edilmiş, İmamın başı bədənindən ayrılmış, onların nəşləri isə tikələnmişdi. Qadınların zinət əşyaları xeymələrdəki digər əşyalar və paltarlarla birgə qarət edilmişdi.

1-Məhərrəmin 11-ci gününün gecəsində İmam kəsilmiş mübarək başı Xuli adlı bir lənətlənmiş şəxs vasitəsilə Kufəyə aparıldı. O, İmamın başını öz təndirində gizlətdi. Hamı bu başın kəsilməsi və ona görə veriləcək ənama görə bir-birilə yarışa çıxmışdılar. Amma Xuli bu çirkinliyə hamıdan tez çata bilmişdi.

2- Bu günün günorta vaxtına qədər Ömər Səd Kərbəla çölündə qalaraq, öz ordusunun ölənlərini basdıraraq onlara namaz qıldı. Günortadan sonra İmamın əsir edilmiş ailəsinin hamısını Kufəyə sarı aparmağa başladı. Əsirlər hərəkətə başladılar biraz getdikdən sonra qətlgahdan keçəndə İmam Hüseynin başsız bədənini və digər şəhidlərin cənazələrini gördülər. Onlar ahu-nalə və fəryad edirdilər. İbni Səd əsirləri yəhərsiz dəvələrə mindirmişdi. Onlar gecə ikən Kufəyə çatdılar və səhərə qədər Kufədə sarayın darvazası arxasında saxlanıldılar.

3-Bu gündə Yezidin Kufə üzrə valisi Ubeydullah ibni Ziyad “qalib” gəldiyinə görə, məclis təşkil etdi. Özünü qəhrəman hesab edən Ömər Səd də məclisə çatmışdı. Bu zaman İmam Hüseynin başı Xulidən alınıb, saraya İbni-Ziyadın qarşısına qoyuldu. O bədənsiz mübarək başa baxıb istehza ilə gülürdü.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə