Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti

Məhərrəm yazıları

İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti

İmam Rza (ə) buyurub: “Hər kəs imam Hüseynin (ə) qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir.” 

 

Cabir ibni Əbdullah Ənsari Ətiyyə ilə Kərbəla ziyarətinə getdikdə bu hədisi  deyirdi:

Peyğəmbəri Əkrəmdən (s) eşitmişəm ki, “Hər kəs imam Hüseyni (ə) Kərbəlada ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edibdir.”

(Mənaqibi İbni ŞəhrAşub, 4- cild, səh. 128)

 

Peyğəmbəri Əkrəm (s) buyurub: “Hər kəs məni, vəfatımdan sonra ziyarət etsə, elə bil məni diriliyimdə ziyarət edib. Hər kəs Fatiməni ziyarət etsə, elə bil məni ziyarət edib. Hər kəs Əli ibni Əbi Talibi ziyarət etsə, elə bil Fatiməni ziyarət edib. Hər kəs Həsən və Hüseyni ziyarət etsə elə bil Əlini ziyarət edib. Hər kəs Həsən və Hüseynin övladlarını ziyarət etsə, elə bil Həsən və Hüseyni ziyarət edibdir.”

(Bihar, 44- cild, səh. 287)

 

İmam Sadiq (ə) buyurub: “Hər ildə bir dəfə imam Hüseynin (ə)  qəbrinin ziyarətinə gedin.”

(Bihar, cild 98, səh. 11)

 

İmam Sadiq (ə) buyurub: “Yerin ən fəzilətlisi şəhidlər ağasının (imam Hüseyn ələyhis-salamın) torpağıdır. Həqiqətən Əba Əbdillahın (ə) türbətinə səcdə etmək yeddi hicabı yarır.”

(Cəvahirulkəlam, 8-ci cild, səh. 437)

 

İmam Sadiq (ə) buyurub: “İmam Hüseynin (ə) türbətini uşaqlarınızın damağına sürtün, çünki onun vasitəsilə övladlarınız əmin-amanda qalar.”

(Vəsailuşşiə, cild 10, səh. 410)

 

Həzrəti imam Hüseyn (ə) Kərbəla diyarına daxil olduqda soruşdu ki: “Bu yerin adı nədir?”

Dedilər: “Kərbəladır.” Kərbəla adını eşitdikdə, buyurdu:

«اَللّهُمَّ اِنِّى اَعُوذُ بِكَ مِنَ الكَرْبِ وَ الْبَلاَء»

“Pərvərdigara, həqiqətən qəm-qüssə və bəladan Sənə pənah gətirirəm.”

(Vəqaiuləyyam, Şeyx Abbas Qumi)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə