Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Ölümü baldan şirin bilən imam oğlu

Məhərrəm yazıları

Ölümü baldan şirin bilən imam oğlu

 Məhərrəm ayının altıncı günündə adətən Aşura günündə şəhid olmuş İmam Həsənin oğlu Qasimə təziyə saxlayırlar.

 

Aşura günün axşamı İmam Hüseyn öz yavərlərinə “gedə bilərsiniz, qalanlar isə sabah mənimlə birgə şəhid olacaqlar” buyurur.

 

Bu zaman Qasim ibni Həsən (ə) əmisindən “Mən də şəhid olacağam?” soruşur. İmam Hüseyn buyurur:

 

Ölüm sənin üçün necədi?

 

Qasim cavab verdi:

 

“Ölüm mənim üçün baldan da şirindir.”

 

İmam buyurdu bəli sabah sən də şəhid olacaqsan.

 

Seyyid ibni Tavus Luhuf əsərində yazır:

 

“Bu zaman bir gənc meydana çıxdı. Onun üzü ay parçası kimi idi. Ömər Sədin ordusunda olan İbni Fuzeyl Əzdi qılınc zərbəsilə onun başını yardı. Bu zaman gənc fəryad etdi. Ey əmi. Hüseyn şahin kimi şığıdı və özünü ona çatdırdı. İmam İbni-Fuzeyli qılıncla vurdu. İbni-Fuzeyl əlini qaldırdı və biləkdən əli qırıldı. Kufənin ordusu ona yardım üçün qabağa gəldi. İbni-Fuzeyl elə kufəlilərin ayağı altda qalıb məhv oldu. Ravi deyir: toz-torpaq yatdı. Hüseyni gördüm ki, o cavanın başı üstündə durmuşdu. Onun canı orada çıxdı...

Sonra Hüseyn onu sinəsinə alıb. Bəni-Haşimin digər şəhidlərinin yanında Əli-Əkbərin qəbri yanında uzatdı.”

 

Qeyd edək ki, ravilərin əksəriyyəti şəhid olan zaman Qasimin həddi-buluğa çatmadığını bildirirlər. Buna əsasən Qasimin şəninə oxunan “Qasimin toy rövzəsi”nin sənədsiz və əsassız olduğu ortaya çıxır.

 

Yalnız Lubabul-Ənsab əsərində onun 16 yaşlı olduğu bildirilir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə