Bz06132021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Aşurada 4 oğlunu şəhid verən “Oğullar Anası”

Məhərrəm yazıları

Aşurada 4 oğlunu şəhid verən “Oğullar Anası”

Fatimeyi-Zəhra şəhid olduqdan sonra həzrət Əli matəm saxlayırdı. Bir neçə il keçdikdən sonra İmam Əli qardaşı Əqil ibni Əbu-Talibi ki ərəb sülalərini yaxşı tanıyırdı, yanına çağırıb, onun üçün mübariz və adlı-sanlı bir nəsildən bir həyat yoldaşı tapmasını istədi.

 

Əqil İmam Əli üçün Kilabiyə (yaxud da Bəni-Kilab) nəslindən Fatimə binti Hizam (Ümmül-Bənin) adlı bir qadını tapdı.

 

O, şiələr arasında möhtərəm şəxsiyyətə malik idi.

 

Ümmül-Bənin elə bir övlad dünyaya gətirməli idi ki, gələcəkdə Həsənlə Hüseynə dayaq olsun. O həzrət Fatimədən sonra İmam Əliyə dayaq olmalı idi.

 

Belə də oldu. Ümmül-Bəninin dünyaya gətirdiyi 4 oğul Aşurada İmam Hüseynə dayaq idilər. Onların hamısı İmam Hüseyn və Aşura qiyamı yolunda şəhid oldular.

 

Ümmül-Bənin Əbul-Fəzl Abbas adlı elə bir şəxsi dünyaya gətirdi ki, Kərbəla qiyamının ikinci qəhrəmanı oldu. Daha sonra onun Abdullah, Cəfər və Osman adlı oğulları Aşurada şəhid oldular. Bundan sonra ona "Oğullar Anası" ləqəbi verildi.

 

Bəzi rəvayətlərə görə, Fatimə binti Hizam özü İmam Əlidən ona Ümmül-Bənin deməyini istədi. Bunu istədi ki, Həsənlə Hüseyn Fatimə adını eşidəndə anaları həzrət Fatimənin acı günlərini xatırlayıb, narahat olmasınlar.

 

Artıq Aşura olub keçmiş, Əhli-beyt əsirləri Mədinəyə qayıtmışdılar. Mədinədə Aşura faciəsinə görə tez-tez  əzadarlıq olurdu. Bəni-Haşimin qadınları növhə və mərsiyyə oxuyanda Ümmül-Bənin deyə çağırırdılar.

 

Bir gün Ümmül-Bənin dözməyib dedi:

 

Bundan sonra məni “Oğullar Anası” deyə çağırmayın. Mənim ki indi oğlum yoxdu. (Hamısı Kərbəlada şəhid olmuşdular). Onları mənim yadıma salmayın. Haçansa oğullarım var idi. Onlarla adlanırdım. İndi isə “La Min Bənin" (Oğulsuz) olmuşam.

 

Ümmül-Bəninin (ə) vəfat günü cumada əs-Sani ayının 13-ə təsadüf edir. O həzrətin məzarı Mədinədə Bəqi qəbiristanlığındadır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə