Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə İmam Mehdi (ə.f) və zəif düşüb əzilənlər ayəsi

İmam Mehdi (ə.f) və zəif düşüb əzilənlər ayəsi

Biz isə istəyirdik ki,o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək,onları (xeyir işlərdə) öndə gedənlər və varislər edək. [1]
Sünni və şiə təfsirçiləri bu ayənin Bəni-İsrail qövmü haqqında olduğunu bildirirlər[2].
Yer üzündə əziyyətə düçar olan və Allah tərəfindən fironçulara qalib edilən qövm onlar idi. Zahiri baxımdan isə ayə Allahın Qiyamət gününədək müztəzəflərlə (zəif düşüb əzilənlərə) bağlı iradəsini açıqlayır. Allah istəmişdir ki, xüsusi bir şəraitdə müztəzəfləri yer üzünün təkəbbürlü hakimlərinə qalib etsin.Bəni-İsrailin fironçular üzərində qələbəsi buna misal ola bilər. Uyğun qanunun daha kamil nümunəsi İslamın zühurundan sonra Peyğəmbərin hakimiyyətidir. Hədislərə əsasən, daha kamil nümunə zühur dövründə Mehdi (ə.s) ın hakimiyyətidir.Bu mənanı bir sıra dəlillərlə sübut etmək olar:
1. Allahın iradəsi haqqında danışarkən indiki-gələcək zamandan istifadə edilməsi davamlılıq göstəricisidir.
2. Ayədə ümumi şəkildə müztəzəflərdən danışılır və təkcə Bəni-İsrail nəzərdə tutulmur.
3. Bu ilahi sünnənin xüsusi bir zaman üçün nəzərdə tutulmaması şiə-sünni hədislərindən aşkar görünür:
İmam Sadiq (ə.s): Həqiqətən,ayə dünyanın sonunda zühur edib zalımların kökünü kəsəcək, şərq və qərbə sahib olacaq, bütün yer üzünü zülm bürüdükdən sonra ədaləti bərpa edəcək əmr sahibinə aiddir. [3]
Həzrət Əli (ə.s): Dünya bizim qarşımızda tərs dəvə kimi azğınlıq etdikdən sonra bizə üz tutar və ram olar. Sonra Həzrət həmin ayəni tilavət etmişdir[4].[5]
[1] Qəsəs surəsi,ayə 5
[2] Məcməul-bəyan,cild 8,səh 375;
Dürrül-Mənsur,cild 6,səh 392
[3] Təfsiri Bürhan,cild 6,səh 58
[4] Şəvahidut-tənzil,cild 1,səh 438;
Yәnabiul-Mәvəddət,səh 437
[5] Məhdəviyyətlə bağlı şübhələrə cavab

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə