Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Ənəs ibn Haris – Peyğəmbərin (s) hədisinə görə İmam Hüseynə (ə) qoşulan səhabə

Məhərrəm yazıları

Ənəs ibn Haris – Peyğəmbərin (s) hədisinə görə İmam Hüseynə (ə) qoşulan səhabə

 Ənəs ibn Haris Həzrət Peyğəmbərin (s) və İmam Hüseynin (ə) tərəfdaşlarından olmuşdur. O, Peyğəmbərdən (s) nəql edir ki, İmam Hüseynə (ə) işarə edib buyurmuşdu: “Bu övladım Hüseyn (ə) Kərbəla torpağında öldürüləcəkdir. Sizlərdən hər kim orada olsa, ona mütləq kömək etsin”. (Tebyan)

O, Ubeydullah ibn Hürr Cufi kimi Kufədən xaric olur və niyyəti İmama (ə) qoşulmaq olur. İmam Hüseynlə (ə) görüşən zaman ona deyir: “Allaha and olsun ki, Kufədən ona görə xaric olmamışam, məgər o halda ki, səninlə və sənin yoldaşlarına edilən döyüşü xoş qaşılamıram. Ancaq Allah ürəyimə salıb ki, sənə yardım edəm və mənə səninlə bir yerdə olmaq cürəti vermişdir”.

Ənəs o səhabədir ki, Peyğəmbəri-Əkrəm (s) ona İmam Hüseynlə (ə) bağlı hədis nəql etmişdi. Ehtimal verilir ki, o, həmin kəsdir ki, Peyğəmbərin (s) bu uzaqgörən nurani sözlərinə görə Kərbəla hadisəsindən bir neçə il əvvəl burada məskunlaşıb ki, şəhadət feyzinə nail ola bilsin.

O, döyüşə gedən zaman rəcəz oxuyur və deyirdi: “Bilin ki, mənim qəbiləm düşmənlər üçün bəladır. Ey mənim qəbiləm! Xəffan (Kufə yaxınlığınakı yer adıdır) şirləri kimi olun. İndi düşməni qılınc zərbəsi ilə qarşılayacağam. Əlinin (ə) nəsli rəhmandır və düşmən ordusu şeytanın ardıcılıdır”.

İmam Səccad (ə) nəql edir: “Ənəs ibni Haris meydana gəlir və düşmənin 18 nəfərini öldürür. Sonra şəhid olur”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə