Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər Aşura” ziyarəti – hər bəlanın çarəsi

Dualar - Zikrlər

Aşura” ziyarəti – hər bəlanın çarəsi

Əllamə Şeyx Həsən Fərid Gülpayiqani, mərhum Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi Yəzdidən nəql edir ki, buyurub: “O zaman ki, Samirrada təhsillə məşğul idim, Samirra camaatı vəba və taun xəstəliyinə düçar olmuşdular. Hər gün çox sayda insan ölürdü. Mərhum Mirzə Muhəmmədtəqi Şirazi bu xəstəlikdən agah olandan sonra bizə buyurdu: “Əgər mən hökm versəm, yerinə yetirərlərmi?”. Dedilər: “Bəli”.
 
Alim dedi: “Mən hökm verirəm ki, Samira xalqı on gün Aşura ziyarəti oxumaqla məşğul olsun. Savabını da İmam Zamanın (ə.f) anası Nərcis Xatunun ruhuna hədiyyə etsinlər”.
 
Həmin məclisdə olanlar bu hökmü Samirra xalqına çatdırdılar və hamı Aşura ziyarətini oxumaqla məşğul oldu. Sabahısı günü ölümlərin sayı dayandı və Əhli-Beyt (ə) davamçılarından artıq ölən olmadı. Bu məsələni Əhli-Beyt (ə) davamçısı olmayanlar eşitdilər və onlar da bu ziyarəti oxumağa başladılar.

Bəli, Aşura ziyarətinin bərəkətinə bu ağır xəstəliklər Samirra xalqını tərk etdi. Hər kimin çətinliyi olsa və ya hacəti olsa, Aşura ziyarəti oxusun və İmam Hüseynə (ə) təvəssül etsin ki, İmam (ə) Allahın izni ilə heç bir çarəsizi əli boş qaytarmır”. (İslami saytlara istinadən)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə