Bz06132021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları İmam Hüseyn (ə) qiyamının ən əsas səbəbi

Məhərrəm yazıları

İmam Hüseyn (ə) qiyamının ən əsas səbəbi

İmam Hüseyn (ə) zamanında cəmiyyətin yolunu azmasının əsil səbəbi əmr-be-məruf və nəhy-əz-munkərin olmaması idi. Hər kim nə istəyirdisə, onu da edirdi.

İnsanların başı öz həyat məsələlərinə qarışmışdı. Ona görə də bir-birini tənqid etmir və nöqsanlarına diqqət etmirdilər. İmam Hüseyn (ə) öz qardaşı Muhəmməd Hənəfiyyəyə vəsiyyət edən zaman buyurur: “Mən ona görə qiyam etmədim ki, fəsad yaradım və zülm edim. Mən cəddimin və atam Əlinin (ə) ümmətini islah etmək üçün qiyam etdim, ayağa qalxdım ki, əmr-be-məruf və nəhy-əz-munkər edəm”.

İmamın (ə) bu sözlərindən aydın görmək olur ki, bu məsələ nə qədər mühüm bir məsələdir. Həmin zamanın ən böyük bəlası olduğu üçün, İmam (ə) vəsiyyətində ancaq onun adını çəkir. Həzrət Peyğəmbərin (s) vəfatından artıq 50 il keçmişdi və cəmiyyət günü-gündən daha çox həlak olur və daha çox yolunu azırdı. Ona görə də İmamın (ə) tək hədəfi o idi ki, belə bir cəmiyyəti dirçəltsin və doğru yola hidayət etsin.

Rəhmətlik İmamın (r) nəzərinə görə də İmam Hüseynin (ə) qiyam etməsinin tək səbəbi məhz əmr-be-məruf və nəhz-münkərdir. O, buyurur: “Seyyidi-şühədanın (ə) qiyam etdiyi ilk gündən məqsədi ədaləti bərpa etmək idi. Buyurur ki, yaxşıya əməl olunmur və nəhydən çəkinilmir. Ona görə də məqsədi bu idi ki, yaxşını ayağa qaldırsın və nəhyi aradan aparsın”.

İmam Hüseyn (ə) buyurur: “Həqiqətən, dünya dəyişmiş və əvəz olmuşdur. Yaxşılıqlara arxa çeviriblər və sürətlə keçməkdədir. Haqqa əməl olunmur, batilin qarşısı alınmır. Mömin gərək Allahla görüşünü istəsin. Ona görə də həqiqətən, mən ölümü səadətdən başqa bir şey və zalımla yaşamağı əziyyətdən başqa bir şey bilmirəm”. (Tebyan)

İmam Hüseyn (ə) açıq şəkildə buyurur ki, cəmiyyətdə haqqa əməl olunmur və batildən çəkindirilmir. Çünki əmr-be-məruf və nəhy-əz-munkər yoxdur. İmam (ə) bu cür yaşamaqdansa, şəfərlə ölməyi daha üstün bilir.

İbni Tavus “Luhuf” kitabında yazır: “Müslim ibni Əqil, İbni Ziyada bu mövzunu bəyan edir və deyir: “Bizim qiyam etməyimizin səbəbi budur ki, siz mərufu qəbirstanlıqda basdırmısınız. Münkəri aşkar etmisiniz. Sizin rəftarınız kafirlərin, yəni Kəsra ilə Qeysərin rəftarına bənzəyir, nəinki bir müsəlman rəhbərinin rəftarına””.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İmam Hüseyn (ə) qiyamının əsil səbəbi – əmr-be-məruf və nəhy-əz-munkəri dirçəltmək olmuşdur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə