Çr.ax10262021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü İlahi höccətin zəruriliyinə aid Quran ayələri və məntiqi dəlillər

İlahi höccətin zəruriliyinə aid Quran ayələri və məntiqi dəlillər



“Lütf qanunu”nda belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq üçün onun ixtiyarına kifayət qədər vəsait vermək vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir!”

Şübhəsiz, insan yalnız əql, yaxud adi rəhbərin varlığı ilə xəta, səhv və günahlardan qoruna bilməz. Başqa sözlə, insan tək özü həmin məqsədə, ilahi itaət və əbədi səadətə nail ola bilməz. Hətta bu zərurətdən əlavə, ilahi elmə yiyələnən, xəta, səhv və günahdan uzaq olan örnəyə də möhtacdır ki, haqq qəti aydınlaşsın və həqiqət yolu bilinsin.

Bu dəlil hər bir əsr və dövrə, böyük və kiçik, hətta iki nəfərdən ibarət qrupa da aiddir. Buna əsasən, yer kürəsində yalnız iki nəfər qalsa belə, onlardan biri ya mə’sum imam, ya da ilahi peyğəmbər olmalıdır.

Ümumiyyətlə, əvvəlki hədislərə əsasən, insanları səadət və təkamül məqsədilə yaradan Allahın onlara düzgün yolu göstərməməsi pak və uca məqamından çox uzaqdır. Bu mə’na Qur’ani-kərimin bir sıra ayələrində də gözə çarpır.

“İnnəma əntə munzirun və li-kulli qovmin hadin!” (Ya Peyğəmbər! Sən yalnız qorxudansan və hər tayfanın bir rəhbəri, hidayət edəni vardır!) ayəsi göstərir ki, bütün dövrlərdə hər tayfa və qövmün bir hidayətçisi vardır. (Burada hidayətçidən məqsəd, xəta və günahdan uzaq olan şəxsdir.) İmam Baqirdən (ə) bu ayənin təfsiri ilə əlaqədar nəql olunan bir hədisdə belə buyurulur:

...وَ فِى كُلِّ زَمانٍ اِمامٌ مِنّا يَهْدِيهِمْ اِلى ما جاءَ بِهِ رَسُولُ اللهِ (ص):

“...Hər bir dövrdə bizim aramızdan insanlara Peyğəmbəri-əkrəmin (s) gətirdiklərinə yönəldən bir imam vardır!”

“Nəhcül-bəlağə”də buyurulan rəvayətdə də məntiqli bir dəlil var. İmamın vəzifələrindən biri Peyğəmbər irsi və ilahi tə’limlərin əsaslarını təhriflərdən qoruyub-saxlamaqdır. Başqa sözlə, əgər yer üzündəki bütün insanları kafir fərz etsək, yenə də ilahi tə’limləri və peyğəmbərin irsini qoruyan bir kəsin varlığı zəruridir. Bu irs hidayət proqramı kimi gələcək nəsillərə çatdırılmalıdır. Qur’ani-kərimdə buyurulduğu kimi, ilahi höccətlər, Allahın dəlil və aydın nişanələri məhv olmamalıdır.


ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə