Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Dini təbliğ etməyin ən gözəl yolu

Dini təbliğ etməyin ən gözəl yolu

İnsanları dilinizdən qeyri vasitələrlə dinə dəvət edin! Onlar sizlərdən təqvanı, çalışqanlığı, namazı və xeyir işləri görməlidirlər, təbliğ budur.
İslaminSesi – Hədislərə görə əməlsiz alim balsız arıya bənzər. Din və ictimaiyyət üçün ən xeyirli insan əməlisaleh alim, ən pisi isə əməlsiz alimdir. Bir alim cəmiyyətin hidayət çırağı olduğu halda onu uçuruma da apara bilər. Bu onun əməllərindən asılıdr. Dini çatdırmaq ən böyük savablara malik olduğu kimi, bu dona girib saxtakarlıq etmək də ən böyük bəlaları cəlb edər.

Alimin drəcəsi o qədər alidir ki, qiyamət günündə o ətrafındakılara nur saçar və şəfaət verə bilər. Onun darvazasına belə baxmaq ibadət sayılır.

Bu hansı alimlərə aiddir? Təbii ki, burada əməli əmrlərilə üst-üstə düşən alimdən söhbət gedir.

Burada alimin əməli üstündə köklənmək əbəs yerə deyil.

Usuli-Kafi əsərində (cild-2 səh-78) Peyğəmbərdən (s) belə bir hədis var:

“İnsanları dilinizdən qeyri vasitələrlə dinə dəvət edin! Onlar sizlərdən təqvanı, çalışqanlığı, namazı, və xeyir işləri görməlidirlər. Təbliğ budur”

Təcrübələr də bunu göstərib ki, insanların səmimiyyəti, sədaqəti və bir sözlə imanı əməl səhnəsində təcrübədən keçir və özünü burada doğruldur. Nə gözəldir ki, insanlar şüar deyil, əməllə imanın həlavətini digərinə daddıra bilsin! Nə gözəl olar ki, insan xums verməyi , yetimlərə sədəqə verməyi, əməldə göstərərək, bunun vacibliyini digərlərinə aşılaya bilsin.

Məhz buna görədir ki, əxlaq alimləri əxlaqın və əməlin dinin təbliğinin ən düzgün və səmimi yolu olduğunu bildirirlər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə