Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Ağlamağın mənaları (hissə 1)

Məhərrəm yazıları

Ağlamağın mənaları (hissə 1)

Məlumdur ki, hər bir işarənin mənası olduğu kimi ağlamağın da müxtəlif mənaları vardır. Yaxşı olar ki, bunu bir misalla izah edək. Məsələn 3, 6 aylıq və ya bir illik anadan olmuş uşağa diqqət yetirək. O, öz dərdini başa salmaq üçün danışmağa dili yoxdur. Buna görə də o, hər sözünü və istəyinin ağlamaqla bildirir. Ac olanda ağlayır, susuz olanda ağlayır. Altını natəmiz olduğunu da ağlamaqla başa salır. Qarnı, qulağı ağrayanda da ağlaamaqla öz dərdini bildirir. Çünki onun bütün bu dərdlərini bildirməyi üçün danışmağa dili olmadığından hər bir sözü ağlamaqdan ibarət olur. Lakin hər dəfə ağlayarkən başqa başqa məqsədlər üçün ağlayır. Bəzən ağlamağının səbəbi aclıqdan olur. Süd içib yemək yeyəndən sonra sakitləşir. Bəzən altının natəmiz olduğu üçün ağlayır. Aparıb onu yuyub altını təmizlədikdən sonra sakit olur. Bəən də başqa bir şey üçün ağlayır. Süd verirlər sakit olmur. Altını təmizləyirlər yenə də sakitləşmir. Bundan başa düşürlər ki, uşağın ya qulağı ya qarnı, ya da ki hansısa bir yeri ağrayır. Dəva-dərman edib onu sakitləşdirirlər.

Adi körpə bir uşağın ağlamağının müxtəlif mənaları olduğu kimi eləcə də böyük insanların da ağlamaqlarının müxtəlif mənaları vardır. İnsan dil açandan sonra çox sözünü dili ilə deyir. Lakin belə deyil ki, dil açandan sonra bütün işarələri kənara qoysun. Bəzən görünür ki, insan bir sıra sözlərini işarə ilə deməli olur. Böyük adamlarda da ağlmağın beş-altı mənası vardır. İndi biz o mənaları bir-bir izah edək və sonra nəticədə bizim İmam Hüseyn(ə) üçün ağlamaqımızın hansı mənaya uyğun olduğunu biləcəyik.

1. Ağlamağın bir mənası insanın öz bədbəxliyinə və pis günlərə qaldığına görə ağlamasıdır. Məsələn, gəlib görür ki, öğru evinə girib nəyi varsa hamısını yığıb aparıb. İllərlə zəhmət çəkə-çəkə yığdığı pullarının hamısını oğurlayıb. Bunu görüb ağlamağa başlayır. Hamı da bilir ki, həmin şəxs nə üçün ağlayır. Onun ağlamağının məqsədi hamıya aydındır.

2. Ağlamağın ikinci mənası insanın öz bədbəxtliyinə yox, başqalarının bədbəxtliyinə ağlamasıdır. Məsələn görürsən ki, qışın soyuq çağlarında yetim bir uşaq nazik paltarla ayaqyalın harasa gedir. Bir nəfər də ona baxıb ağlayır. Ondan “sənə nə olub? Niyə ağlayırsan?” soruşduqda belə cavab verir. Mənə heç bir şey olmayıb. Bu uşaqın belə bir vəziyyətdə olması məni ağladır. Onun halına ürəyim yanır. Onu belə görəndə dözə bilmədim. Ona görədə ağlayıram.

Bu da bir növ ağlamaqdır ki onun bu növünə atifədən ağlamaq deyilir.

3. Ağlamağın üçüncü mənası şövq, sevincdən ibarətdir. Məsələn ana öz uşağını neçə illərdir ki, görmür. Neçə illər öz balasının həsrəti ilə yaşayır. Birdən gözlənilmədən qapı döyülür. Qapını açanda öz balasını qapının ağzında görür. Tez qollarını açab öz övladının boynuna sarıyıb ağlayır. O qədər ağlayır ki, axırda övladını da ağlamaq tutur. Bu da ağlamağın bir növüdür. Bəzən insan kədərdən, bəzən də sevinc və fərəhdən ağlayır.

4. Ağlamağın dördüncü mənası Allah xofundan olan ağlamaqdır. Bu növ ağlamaq yuxarıda qeyd etdiyimiz ağlamaqlardan tamamilə fərqlidir. İnsanlardan eləsi vardır ki, namaz qılarkən gözlərindən yaş tökülür. Rüku edərkən hər “sübhanəllah” kəlməsini dedikdə gözündən bir damla yaş axır. Hədislərdə vardır ki, Həzrət Fatimeyi Zəhra(s.ə) gecə yarı Allaha ibadət edib namaz qılarkən rükuda yüz dəfə “Sübhanə Rəbbiyəl-əzimi və bihəmdih” deyərdi. O, bu zikri hər dəfə dedikdə gözlərindən bir damla yaş tökülürdü. Çünki o xanım bilirdi ki, kimin qarşısında dayanıb. Onun Allaha yüksək mərifəti var idi. Həzrət Əlinin(ə) həyatına nəzər saldıqda, o Həzrətin Allaha dərin mərifətlə ibadət etdiyini görürük. Həzrət Əli(ə) gecələr xurmalıqda Allaha ibadət edib Onun qorxusundan o qədər ağlayırdı ki, axırda qəşş edib özündən gedərdi. Bir gün gəlib Həzrət Zəhraya(s.ə) dedilər: Ya Fatimə(s.ə) Əli(ə) xurmalıqda dünyasını dəyişib. Xanım onlara buyurdu: Əli dünyasını dəyişməyib. O, Allahala münacat edərkən, o qədər ağlayıb ki, ürəyi gedib. Gedin onu ayıldıb evə gətirin.

Həzrət Əlinin(ə) barəsində yazırlar ki, o Həzrət komeyl duasını oxuyarkən o qədər ağlayadı ki, yaş gözlərindən axıb saqqalının hər bir tükündən sinəsinə tökülərdi. Çünki o bilirdi ki, kimin hüzurunda dayanıb və kiminlə münacat edir.

Bu da ağlamağın bir növüdür ki, insan Allahın qorxusundan Ona ibadət edib ağlayır. Allahın xofundan ağlamaq hər insanda olmur. Allahın qarşısında dayanıb göz yaşı tökən insanlar səviyyəsi yuxarı olan insanlardır ki, özlərini həmişə Allaha ibadət etməyə hazır ediblər.

Həzrət Əli(ə) Allaha ibadət edib ağlayar və Onunla belə münacat edərdi. İlahi, mən sənə Cəhənnəmin qorxusundan və Cənnətin nemətlərinə görə ibadət etmirəm. Ona görə ibadət edirəm ki, Səni ibadətə qabiliyyətli görürəm.

Bəzən insan Quran oxuyarkən gözlərindən yaş axır. Belə insanların da səviyyələri çox yuxarı olduğunda ağlayır və bilir ki, kimin kəlamını oxuyur və kiminlə söhbət edir.

İmam Səccad(ə) Quran oxuyarkən gözlərindən yaş axardı. Həqiqətən Allahın mömin bəndələri Quran oxuyarkən gözlərindən yaş tökülər və Allah qorxusundan ağlayarlar. Allah-təala Quranda bu məsələyə işarə etmişdir. Məryəm surəsinin 58-ci ayəsində belə buyurur:

إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

“Onlar Allahın ayələri özlərinə oxuduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.”

Həzrət Peyğəmbər(s) İmam Əliyə(ə) vəsyyət edərkən belə buyurdu: “Ya Əli sənə bir neçə vəsiyyət edirəm. ...Onlardan biri də budur ki, Həmişə Allah qarşısında dayanıb ağlayasan. Çünki, gözündən axan hər bir damla yaşa görə Allah təala Cənnətdə bir saray inşa edər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə