Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Məsumlarla (ə) danışan quşlar

Maraqli

Məsumlarla (ə) danışan quşlar

Hud-hud o quşdur ki, Quranda adı çəkilmişdir. O, Süleyman peyğəmbərlə (ə) söhbət etmişdir. Bu quş Asiyada, Avropada, Şimali Afrikada, Cənubi Afrikada, Madaqaskarda yaşayır.
Bütün quşlar özlərindən müəyyən səslər çıxardarlar. Əgər bu səslərə diqqət edilsə, başa düşmək olur ki, o, qəzəblənmişdir, yoxsa razılıq hissi bildirir. Ancaq Qurani-Kərim buyurur ki, bəzi quşlar insanla söhbət etməyi bacarır və insan da onun çıxartdığı səslərdən məqsədini başa düşür. Bu mövzu bizim üçün qəribə görünsə də, bu gün elmi tədqiqatlar sübut etmişdir ki, bu, mümkün olan bir şeydir. Yəni, insanla quş rabitə qura bilər. Burada Quranın quşların məntiqi ilə bağlı söylədikləri yada düşür. (Tebyan)
Quranda oxuyuruq: “Sonra Süleyman (qoşunundakı) quşları yoxlayıb dedi: «Mənə nə olub ki, Hüd-hüdü görmürəm. Yoxsa o burada deyildir?». «Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da o (üzürlü səbəbə görə burada olmaması barədə) açıq-aşkar bir dəlil gətirsin». Beləliklə çox keçmədi ki, Hüd-hüd (qayıtdı və) dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün Səba şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm». «Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır». (“Nəml” 20-23).
Başqa bir ayədə oxuyuruq: “Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir»”. (“Nəml” 16).
Bəli, bəzi quşlar Süleyman peyğəmbər (ə) və Məsum İmamlarımızla (ə) söhbət etmişdilər.
Hədislərə nəzər salanda görmək olur ki, Məsum İmamlarımız (ə) da bu elmə malik olduqlarını iddia etmişdilər. Əmirəl-möminin (ə) İbni Abbasa buyurur: “Allah quşlarla söhbət etməyi bizə öyrətmişdir, necə ki, Süleyman ibni Davuda (ə) öyrətmişdi. Quruda və dənizdə olan hər bir canlı ilə”.
İmam Kazımın (ə) göyərçilərin söhbətini nəql etməsi məhşur hədislərdəndir. Belə ki, Əli ibn Əbu Həmzə Sumali nəql edir ki, bir gün İmamın (ə) dostlarından biri onun ziyarətinə gəlir və onu evinə dəvət edir. İmam (ə) da bu dəvəti qəbul edir və onunla bir yerdə mənzilinə tərəf hərəkət edirlər. Qonaq taxtını hazırladır və İmam (ə) oraya əyləşir. Ev sahibi yemək gətirmək üçün gedəndə İmam (ə) görür ki, bir cüt göyərçin bu taxtın altında söhbət edirlər. Ev sahibi yeməklə dolu qabla qayıdan zaman İmamı (ə) gülümsəyən halda görür. Təəccüb edərək, Həzrətdən (ə) soruşur: “Ya ibn Rəsulallah! Bu təbəssümün səbəbi nədir?”. İmam (ə) buyurur: “Bu bir cüt göyərçinə görədir ki, taxtın altında söhbət edirlər. Erkək göyərçin dişi göyərçinə deyir: “Ey mənim munisim! Ey mənim gözəl gəlinim! Tək olan Allaha and olsun ki, mənim üçün yer üzündə səndən sevimli və gözəl varlıq yoxdur, məgər taxtın üstündə əyləşən bu şəxsiyyətdən başqa”. Ev sahibi təəccüblənir və soruşur ki, siz heyvanların dilini bilirsiniz? İmam (ə) buyurur: “Bəli, biz risalət Əhli-beyti (ə) heyvanların və quşların dilini bilirik. Birinci və axırıncı elm bizə verilmişdir”.
Məsumlar (ə) bəzi heyvanların öldürülməsinin əleyhinə idilər və bu haqda İmam Sadiq (ə) buyurur: “Atam cəddimdən mənə xəbər vermişdir ki, Allahın Rəsulu (s) əmr etmişdir ki, 6 heyvan öldürülməsin: bal arısı, qarışqa, qurbağa, sərçə ovlayan quş (vərkak), hud-hud, qaranquş”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə