Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr İmam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) haqq canişinidir

İmam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) haqq canişinidir

Quran-Kərim və hədislərə əsasən peyğəmbərlərin (ə) özlərindən sonra varisləri olmuşdur. Allah Təala Quran-Kərim də buyurur: "Süleyman Davuda varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür". (“Nəml” 16). Ayədən gördüyümüz kimi, Süleyman peyğəmbər (ə) Davud peyğəmbərin (ə) varisi olur. Süleyman (ə) Davudun (ə) varisi olduğuna görə Allah Təala tərəfindən Həzrət Süleymana (ə) hər şey (peyğəmbərlik, elm, möcüzə və mal-dövlət) verilir. Necə ki, ayədən göründüyü kimi, Həzrət Süleyman özü bunu buyurdu.
Həzrət Muhəmməd peyğəmbərimizin (s) varisi isə İmam Əli (ə) olmuşdur. Bu isə o deməkdir ki, İmam Əliyə (ə) Allah Təala tərəfindən peyğəmbərlikdən başqa (çünki, Rəsuli-Əkrəm (s) - Xatəmun-nəbidir – peyğəmbərlərin sonuncusudur) hər şey (imamət, elm, kəramət, bütün mənəvi kamallar) verilmişdir. Bunun dəlili isə Süleyman (ə) peyğəmbərin ayədə buyurulan varislik məsələsidir. Həzrət Süleyman (ə) bir peyğəmbər varisi olduğuna görə Allah Təala tərəfindən ona hər şey verildiyi kimi, İmam Əliyə (ə) də hər şey verilmişdir. Çünki, İmam Əli (ə) də peyğəmbər varisidir. Özü də sonuncu peyğəmbərin varisi. O Peyğəmbərin (s) ki, bütün peyğəmbərlərin varisi olmuş və İmam Əli (ə) də onun varisi olmuşdur. Bu, açıq-aşkar İmam Əli (ə) üçün ən böyük bir fəzilətlərdir ki, Peyğəmbərin (s) elminin, imamlığının, kəramətinin, mənəvi kamallarının və mal-dövlətinin varisi olmuşdur. Allahın izni ilə bir neçə hədis nəql edib, mövzunu əsaslandıraq. Əhli-sünnə qardaşların hədis alimi olan əl-Hakim ən-Nisəburi özünün "əl-Mustədrək" kitabı hədis 4633-də belə bir rəvayət nəql edir: “Əbu İshaq buyurur: “(Səhabə) Qusam ibn Abbasdan (r. ə) soruşdum ki, necə oldu ki, sizin içinizdən Rəsulullahın (s) varisi Əli (ə) oldu?”. Qusam dedi: "Çünki o, (Allah Rəsuluna) bizlərdən əvvəl qoşulmuş və ona bizdən də daha şiddətli dərəcədə bağlı olmuşdur"”. Hədisdən sonra əl-Hakim və əz-Zəhəbi təsdiq ediblər ki, hədis səhihdir.
Yenə Əhli-sünnə qardaşların hədis alimi olan hafiz əl-Heysəmi, özünün "Məcməuz-Zəvaid" kitabı hədis 14765-də nəql edir: “İbn Abbas (r. ə) buyurub: “Hələ Allah Rəsulu (s) sağ ikən, Əli (ə) belə deyərdi: "Allah Azzə və Cəll buyurub: "(Muhəmməd) ölərsə və ya öldürülərsə, siz gerimi dönəcəksiz?". (“Ali-İmran” 144). Allaha and olsun ki, Allah bizi hidayət etdikdən sonra əsla geri dönmərik. Allaha and olsun ki, (Muhəmməd) ölsə və ya öldürülsə, uğrunda döyüşdüyü həqiqətlər üçün mən də ölənədək döyüşərəm! Allaha and olsun ki, mən onun qardaşı, vəlisi, əmisi oğlu və varisiyəm. Elə isə kimin ona (Peyğəmbərin haqq canişini olmağa) məndən daha da haqqı var?"”. Hədisdən sonra hafiz əl-Heysəmi deyib: “Bu hədisi Təbərani nəql edib və hədisi nəql edən ravilər isə Buxari və Müslümün raviləridir, (yəni əhli-sünnənin nəzərincə, doğru danışandır)”.
Gördüyümüz kimi, bu fəzilət İmam Əliyə (ə) məxsusdur. Həzrət Peyğəmbər (s) öz varisi olan İmam Əlini (ə) "Qədir-Xum" deyilən yerdə müsəlmanlara bir daha tanıtdırdı və onlara özündən sonra İmamın (ə) kim olmasını elan etdi. Ən-Nəsai, özünün "Xəsais İmam Əli" kitabında səhih sənəd ilə Zeyd ibn Ərqəmdən (r. ə) nəql edir: “Peyğəmbər (s) "Qədir-Xum"da dedi: "Sizin aranızda biri digərindən daha böyük iki qiymətli əmanət qoyuram. Allahın Kitabını və mənim İtrətim Əhli-beytimi. Məndən sonra onlara necə davranacağınıza diqqət edin. Çünki, onlar Kövsər hovuzu kənarında mənimlə qovuşana qədər bir-birlərindən əsla ayrılmayacaqlar!". Sonra belə buyurdu: "Şübhəsiz ki, Allah mənim başçım və mən də bütün möminlərin başçısıyam". Daha sonra Əlinin (ə) əlindən tutaraq dedi: "Mən kimin başçısıyamsa, bu Əli də onun başçısıdır! İlahi, Ona dost olana dost, düşmən olana isə düşmən ol!"”.
Ey Əlini (ə) sevən ürəklər! "Qədir-Xum" bayramınız mübarək olsun!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə