Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Həzrət Əbəlfəzin (ə) qəbri haqqında ürək yandıran hekayə

Məhərrəm yazıları

Həzrət Əbəlfəzin (ə) qəbri haqqında ürək yandıran hekayə

 Abbasın (ə) uca qamətli igid olmuşdur
İslam dünyasının böyük fəqih və ariflərindən sayılan, Bəhrul-Ülum kimi tanınmış Əllamə Seyid Məhəmməd Məhdi 13-cü hicri əsrində Nəcəf şəhərində yaşamışdır. Onun zamanında həzrət Əbəlfəzin (ə) hərəminin ətrafına su gəlmiş və bəzi hissələri uçurmuşdu. Seyid Bəhrül-Ülum hərəmin dağılan hissələrini bərpa etmək üçün bir memarla söhbət edir və hərəmə yollanırlar. Onlar nə görmək lazım olduğunu daha dəqiqləşdirmək üçün sərdabəyə; qəbrin olduğu yerə daxil olurlar. Memar qəbri gördükdən sonra təəccüblə Seyidə baxıb deyir: - Sizdən bir söz soruşmaq olar? Seyid, buyur deyə cavab verir. Memar deyir: - Mən indiyə kimi kitablarda oxumuşdum, həm də alimlərdən belə eşitmişdim ki, həzrət Əbəlfəzin (ə) uca qaməti olmuşdur. O atın belində ayağını üzəngiyə qoyanda dizləri atın qulaqları bərabərində çatırdı. Elə uca boyu olan şəxsin qəbri də böyük olmalıdır. Amma burada gördüyüm qəbir çox kiçikdir. Mənim oxuduqlarım və eşitdiklərim səhv olub, yoxsa bunun ayrı bir səbəbi vardır?
Seyid Bəhrül-Ülum ona cavab vermək əvəzinə başını divara qoyaraq bərk ağlamağa başlayır. Onun ağlamağı uzun çəkir və ürəkləri parçalayır. Bu haldan pərişan olan memar alimə deyir: - Ağacan, əhvalınız niyə belə dəyişdi? Sizə nə oldu?
Seyid deyir: “Sənin eşitdiklərin düzdür. Dediyin kimi, Abbasın (ə)  uca qamətli igid olmuşdur. Ancaq sənin sualın Abbasın (ə) üzücü müsibətini mənim yadıma saldı. Onun uca qamətinə o qədər ox, nizə və qılınc yaraları dəydi ki, bədən tikə-tikə oldu. Sən gözləyirdin ki, həzrət Abbasın (ə) (o tikə-tikə olmuş bədən və kəsilmiş qollarla) böyük qəbri olsun?!

Qaynaq: Məhəmmədi, İştihardi, “Pərçəmdari Neynəva”, səh. 216.
Hazırladı: Seyid Zahir

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə